Icma.az
close
up
RU
“Qeyri neft sektorunda iqtisadi artım ölkənin iqtisadi və sosial vəziyyətini yaxşılaşdırmaq üçün kifayət etmir”

“Qeyri neft sektorunda iqtisadi artım ölkənin iqtisadi və sosial vəziyyətini yaxşılaşdırmaq üçün kifayət etmir”

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu il gözlənilən artım tempi nəzərə alındıqda, 2022-2025-ci illər üzrə qeyri-neft-qaz sektorunda ÜDM-in orta illik artımı strateji sənədlərdə müəyyən edilmiş hədəfi üstələyir. "Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında bildirib. Onun sözlərinə görə, 2022-2025-ci illər ərzində qeyri-neft-qaz ÜDM-nin orta illik artımının 6,1 % olacağı gözlənilir: "Ümumi daxili məhsulun artımının tamamilə qeyri-neft-qaz sektorunun hesabına formalaşması, iqtisadiyyatın şaxələndirilməsi və özəl sektorun gücləndirilməsi baxımından mühüm nailiyyətdir. Bu tendensiya ölkənin iqtisadi sabitliyinin daha da möhkəmlənməsinə və uzunmüddətli dayanıqlı inkişafın təmin olunmasına xidmət edir". Nazir müavini vurğulayıb ki, hazırda iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş fəaliyyət ardıcıl şəkildə davam edir və bu siyasətin nəticələri yaxın illərdə iqtisadi artım göstəricilərində daha aydın hiss olunacaq.Qeyri-neft-qaz sektorunda ÜDM-in orta illik artımı 6.1% olaraq proqnozlaşdırılır. Bu göstəricinin ölkənin iqtisadi şaxələndirilməsi və uzunmüddətli dayanıqlı inkişafına təsiri barədə fikirləriniz nədir?Bu artımı daha da artırmaq üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, ümumi daxili məhsul (ÜDM) göstəricisinə görə də Azərbaycan hazırda həm Gürcüstan, həm də Ermənistandan geri qalır.

Xalid Kərimli

“Nazir müavininin qeyd etdiyi 2022-2025-ci illəri əhatə edən dövr artıq proqnoz mərhələsini keçib və baş verən hadisələr fakt kimi qiymətləndirilməlidir. Bu müddət ərzində Azərbaycanda qeyri-neft sektoruna əsaslanan iqtisadi artım proqnozları həm Gürcüstan, həm də Ermənistanla müqayisədə geri qalır. Bu isə onu göstərir ki, qeyri-neft sektorunun inkişafı hələ də istənilən səviyyədə təmin olunmayıb.

Daha diqqətçəkən məqam isə ondan ibarətdir ki, adambaşına düşən ümumi daxili məhsul (ÜDM) göstəricisinə görə də Azərbaycan hazırda həm Gürcüstan, həm də Ermənistandan geri qalır. Əgər biz bu ölkələri əvvəllər əhəmiyyətli dərəcədə qabaqlamış olsaydıq və indi artım tempimiz aşağı düşsəydi, bu müəyyən qədər başadüşülən olardı. Lakin reallıq ondan ibarətdir ki, Gürcüstanın adambaşına düşən ÜDM-si artıq bu gün bizdən yüksəkdir və mövcud tendensiyalara əsasən, yaxın illərdə bu fərq daha da arta bilər.

Bu səbəbdən hesab edirəm ki, qeyri-neft sektorunda iqtisadi artım ölkənin iqtisadi və sosial vəziyyətini yaxşılaşdırmaq üçün hələlik kifayət etmir. Mövcud problemlərin aradan qaldırılması və davamlı inkişafın təmin olunması üçün islahatların ardıcıl və sistemli şəkildə davam etdirilməsi zəruridir”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Noyabr 2025 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see202

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see171

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see156

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see137

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri