Icma.az
close
up
RU
Qeyri neft sektorunun inkişafı: strateji prioritetlər, nəticələr və hədəflər

Qeyri neft sektorunun inkişafı: strateji prioritetlər, nəticələr və hədəflər

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə çıxışı ölkə iqtisadiyyatının inkişafı istiqamətində qarşıdakı mərhələdə əsas prioritetləri müəyyənləşdirir. Dövlət Proqramında qarşıya qoyulan vəzifələr təbii resursların daha səmərəli istifadəsi, yeni sənaye istiqamətinin yaradılması, məşğulluğun artırılması və qeyri-neft sektorunun genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ölkənin iqtisadi siyasətində qeyri-neft sektorunun genişləndirilməsi uzunmüddətli inkişaf xəttinin əsas istiqamətlərindən biridir. Bu siyasətin nəticəsində sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika, enerji, xidmət və digər sahələrdə yeni imkanlar yaranıb. İqtisadiyyatın müxtəlif istiqamətlər üzrə şaxələndirilməsi xarici və daxili amillərdən asılılığın azaldılması ilə yanaşı, yeni istehsal və məşğulluq imkanlarının formalaşdırılmasına da şərait yaradır. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı da məhz bu baxımdan iqtisadiyyatın şaxələndirilməsi prosesində yeni mərhələ yaradır. Prezident İlham Əliyevin vurğuladığı kimi, beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bu göstərici sahənin yalnız sənaye baxımından deyil, sosial-iqtisadi əhəmiyyətini də ortaya qoyur. Dağ-mədən sənayesinin inkişafı xüsusilə regionlarda yeni iş yerlərinin açılmasına, yerli iqtisadi fəallığın artmasına və əlaqəli xidmət sahələrinin genişlənməsinə imkan verəcəkdir. Daha vacib məqam isə təbii resursların hasilatı ilə kifayətlənməyərək filizin zənginləşdirilməsi, emalı və son məhsula qədər istehsal zəncirinin qurulmasıdır. Bu yanaşma təbii ehtiyatların daha yüksək əlavə dəyər yaratmasına və qeyri-neft sənayesinin istehsal imkanlarının genişlənməsinə şərait verəcək. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair bir neçə Dövlət Proqramı qəbul edilmişdir: “Birinci Proqram 2004-cü ilin əvvəlində qəbul edilmişdir. Əslində, bu, 2003-cü ildə keçirilmiş prezident seçkilərindən sonra qəbul edilmiş ən önəmli proqramdır. Ondan sonra bir neçə beşillik proqram qəbul edilib və faktiki olaraq regionlarda əsas infrastruktur layihələri icra edilib”.
Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üçün mövcud resurs bazasının müasir texnologiyalar əsasında yenidən qiymətləndirilməsi də mühüm istiqamətlərdəndir. Ölkədə Sovet dövründən məlum olan bir sıra yataqların ehtiyatları ilə bağlı məlumatların yeni texnologiyalar əsasında dəqiqləşdirilməsi onların real potensialının daha dolğun müəyyənləşdirilməsinə imkan verəcəkdir. Müasir geoloji kəşfiyyat üsullarının tətbiqi isə indiyədək kifayət qədər öyrənilməmiş ərazilərdə yeni yataqların aşkarlanmasına şərait yaradır. Bu baxımdan Dövlət Proqramında nəzərdə tutulan geoloji kəşfiyyat işləri Azərbaycanın mineral-xammal bazasının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Sahənin inkişafında işğaldan azad edilmiş ərazilərin potensialı da xüsusi diqqət çəkir. Uzun illər ərzində işğal altında qalan ərazilərdə təbii sərvətlərin qanunsuz istismarı və təbiətə vurulan zərər həmin resursların ölkə iqtisadiyyatına xidmət etməsinə imkan verməyib. Hazırda isə həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri ilə yanaşı, mövcud təbii ehtiyatların öyrənilməsi və iqtisadi dövriyyəyə cəlb olunması üçün də yeni imkanlar yaranıb. Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarının istismara cəlb edilməsi bu baxımdan mühüm addımlardandır. Ağdərədə artıq işlərə başlanılması, Kəlbəcər və Zəngilanda da müvafiq layihələrin həyata keçirilməsinin nəzərdə tutulması bu ərazilərin iqtisadi potensialının üzə çıxarılmasına xidmət edir.
Son iki onillikdə həyata keçirilən infrastruktur layihələri də Azərbaycanın iqtisadi potensialının genişlənməsində mühüm rol oynayıb. Prezident İlham Əliyevin çıxışında qazlaşmanın 96 faizə çatması, ölkənin 25 milyard kubmetrdən çox qaz ixrac etməsi, elektrik enerjisi üzrə geniş generasiya potensialının formalaşması bu dəyişimin konkret göstəriciləri kimi təqdim olunur. Enerji təminatının möhkəmləndirilməsi yalnız əhalinin və mövcud iqtisadiyyatın tələbatının ödənilməsi ilə məhdudlaşmır. Etibarlı enerji infrastrukturu yeni sənaye müəssisələrinin yaradılması, istehsal güclərinin artırılması və iri layihələrin reallaşdırılması üçün mühüm şərtdir. Bu baxımdan dağ-mədən və metallurgiya kimi enerji və kapital tutumlu sahələrin inkişafı üçün son illərdə formalaşdırılmış infrastruktur imkanları xüsusi əhəmiyyət daşıyır. Müasir sənaye müəssisələrinin fəaliyyətində enerji təminatı ilə yanaşı, xammalın daşınması, hazır məhsulun daxili və xarici bazarlara çıxarılması da mühüm rol oynayır. Azərbaycanın yol, dəmir yolu və logistika infrastrukturunun genişləndirilməsi bu baxımdan yeni imkanlar yaradır.
Prezident İlham Əliyevin çıxışında cari ilin ilk səkkiz ayında qeyri-neft sektorunda 5,4 faizlik artımın qeydə alınması xüsusi diqqət çəkir. Ümumi daxili məhsulun artımının 1,2 faiz təşkil etdiyi şəraitdə qeyri-neft sektorundakı daha yüksək dinamika iqtisadi artımın strukturunda şaxələndirmənin əhəmiyyətinin göstəricisidir. Neft hasilatının təbii səbəblərdən azalması fonunda qeyri-neft sahələrinin inkişaf etdirilməsi iqtisadi siyasətin əsas istiqamətlərindən birinə çevrilir. Burada əsas məsələ yalnız mövcud göstəriciləri qorumaq deyil, yeni istehsal və ixrac imkanları formalaşdırmaqdır. Dağ-mədən və metallurgiya sənayesi də bu baxımdan mühüm potensiala malik sahələrdəndir. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat işlərinin genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Uzun müddət lazımi səviyyədə araşdırılmamış ərazilərdə müasir geoloji üsulların tətbiqi yeni yataqların aşkar edilməsinə və mineral ehtiyatların daha dəqiq qiymətləndirilməsinə imkan yarada bilər. Gələn ildən Naxçıvanda geoloji kəşfiyyat işlərinə başlanmasının nəzərdə tutulması regionun təbii resurs potensialının sistemli şəkildə öyrənilməsi baxımından mühüm addımdır.
Dövlət proqramlarının konkret müddətlərə hesablanması, maliyyə təminatının əvvəlcədən nəzərdə tutulması və icra-nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi isə layihələrin nəticəyönümlü həyata keçirilməsi baxımından əhəmiyyətlidir. 2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına yönələn tədbirlər regionların sosial-iqtisadi inkişafı, məşğulluğun artırılması və yeni istehsal imkanlarının yaradılması ilə də uzlaşır. Dağ-mədən və metallurgiya sənayesinə dair Dövlət Proqramı da bu siyasətin konkret istiqamətlərindən biri kimi ölkənin sənaye potensialının genişləndirilməsinə yeni imkanlar yaradır. Təbii ehtiyatların müasir texnologiyalarla öyrənilməsi, hasilat və emal proseslərinin genişləndirilməsi, yeni yataqların iqtisadi dövriyyəyə cəlb olunması və istehsal zəncirinin ölkə daxilində qurulması gələcəkdə qeyri-neft sektorunun daha çox sahə üzrə genişlənməsinə şərait yarada bilər. Bu isə iqtisadiyyatın şaxələndirilməsi ilə yanaşı, regionların inkişafına, yeni məşğulluq imkanlarının yaranmasına və ölkənin sənaye potensialının daha səmərəli istifadəsinə xidmət edən mühüm istiqamətdir.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri