Icma.az
close
up
RU
Qeyri rəsmi məşğulluq

Qeyri rəsmi məşğulluq

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Bu gün ölkədə əmək müqaviləsi ilə çalışan vətəndaşların sayı 1 milyon 781 min nəfər təşkil edir. Onlardan 863,2 min nəfəri dövlət, 918,2 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir. Əmək qabiliyyətli vətəndaşların sayı 5 milyon 195 min nəfərdir. Onlardan 4 milyon 900 mini iqtisadiyyatda fəal şəkildə iştirak edir.

İqtisadçı millət vəkili Vüqar Bayramov deyir ki, statistik məlumatlara əsasən, hazırda bu gün ölkədə çalışan vətəndaşların cəmi 36,3 faizi əmək müqaviləsi ilə çalışır. Eyni zamanda bu gün iqtisadiyyatda fəal olan, yəni işləyən vətəndaşların 64 faizinin əmək müqaviləsi yoxdur. Yəni çalışan hər 100 vətəndaşın 64 faizi müqavilə olmadan işləyir: "Əmək müqaviləsi ilə çalışanlar arasında dövlət sektoru yenə də üstünlük təşkil edir. Belə ki, dövlət sektoru ilə müqayisədə özəl sektorda 2 min daha az əmək müqaviləsi qeydiyyatdan keçib. Təbii ki, məşğulluqda özəl sektorun payının artırılması daha prioritet olmalıdır. Özəl sektorun məşğulluğun təminatında və yeni iş yerlərinin yaradılmasında drayverə çevrilməsi olduqca vacibdir".

İşçisini müqaviləsiz çalışdıran işəgötürənləri gözləyən cəza

Qeyd edək ki, əmək müqaviləsi - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Bəzi hallarda işəgötürənlər tərəfindən işçilərlə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlanılır. Lakin xidməti müqavilə hər hansı xidmətin göstərilməsi məqsədilə sifarişçi və icraçı arasında bağlanılan mülki-hüquqi müqavilədir və mülki qanunvericiliklə tənzimlənir. Məsələn, tapşırıq müqaviləsi, podrat müqaviləsi və s. Əmək müqaviləsi əvəzinə mülki-hüquqi müqavilələr bağlamaqla şəxslər Əmək Məcəlləsi ilə təsbit edilmiş bir sıra hüquq və imtiyazları itirmiş olurlar. Əmək müqaviləsinin bağlanmaması işçi üçün mənfi nəticələrə səbəb olur. Belə ki, onlara iş stajı hesablanmır,  gələcəkdə pensiya təminatına mənfi təsir edir, məzuniyyətlə bağlı bir sıra məhdidiyyətlə qarşılaşırlar, əmək xəsarəti aldıqda və ya peşə xəstəliyinə tutulduqda müavinət ala bilmirlər və s.

Əmək münasibətlərinin olmasını təsdiq edən müqavilənin bağlanması zamanı işçilər bu müqavilənin Əmək Məcəlləsinin şərtlərinə uyğun əmək müqaviləsi şəklində tərtib edilməsinə də diqqət yetirməlidirlər. Bir çox hallarda işəgötürənlər əsasən Mülki Məcəllə ilə tənzimlənən və mülki hüquqi müqavilə olan podrat və ya xidmət müqaviləsi bağlamaqla işçiləri Əmək Məcəlləsində onlara verilən hüquq və güzəştlərdən məhrum edirlər. Belə podrat və ya xidmət müqaviləsi bağlamaqla işçilər Əmək Məcəlləsi ilə onlara verilən hüquq və ya imtiyazları itirmiş olurlar.

Vergidən yayınmaq məqsədilə işçisini müqaviləsiz çalışdıran işəgötürənlər İnzibati-Xətalar Məcəlləsinin  müvafiq maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər (20.000 AZN) iyirmi min manatdan iyirmi beş min (25.000 AZN) manatadək məbləğdə cərimə edilir. İnzibati-Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Bu maddələrdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır.

Belə qanunsuzluqlarla qarşılaşan vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinə şikayət ərizəsi ilə müraciət edə bilər.

Əmək müqaviləsi ilə işləyən şəxslər dövlətə vergi ödəyirlər

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun dediyinə görə, əmək müqaviləsinin bağlanması həm işə götürən, həm də işçi üçün vacibdir. Dövlət iş yerlərində əmək müqaviləsinin bağlanmasında maraqlıdır. Çünki əmək müqaviləsi ilə işləyən şəxslər dövlətə vergi ödəyirlər: "Özəl sektrorda vergi ilə bağlı 8 min manata qədər güzəşt var, amma bu, müvəqqəti xarakter daşıyır. Digər tərəfdən, dövlət sosial sığorta ödəmələrini həyata keçirir, pensiya və digər sosial ödənişlər üçün yığım prosesi aparılır. İşəgötürənin işçi ilə əmək müqaviləsi bağlaması onun hesabatlı və şəffaf fəaliyyət göstərdiyinə dəlalət edir. Əmək müqaviləsi işəgötürənlə işçilər arasında münasibətləri tənzimləyir. Əmək müqaviləsi tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirir. İşçi vəzifə öhdəliklərini pozduqda işəgötürən ona qarşı inzibati tənbeh tədbirləri görə bilər. İşçi üçün əmək müqaviləsinin mövcudluğu xüsusilə önəmlidir. Çünki rəsmi qaydada işlədiyi müddət ərzində onun pensiya kapitalı toplanır, tibbi sığortası olur, ona işsizlikdən sığorta haqqı ödənilir və hər hansı sığorta hadisəsi baş verdikdə ona ödəniş olunur. İstehsalatda bədbəxt hadisə baş verdikdə, işçi "peşə xəstəliyi"nə tutulduqda icbari tibbi sığortadan istifadə edə bilir. Ölkədə əmək müqavilələrinin sayının hər il artması müsbət haldır".

Onlar "kölgə" iqtisadiyyatının nümayəndələridir

Sahib Məmmədov bildirib ki, əmək müqavilələri var və bu barədə elektron informasiya sistemində yerləşdirilib və yaxud yerləşdirilməyib, hansı ki, bu da qanunvericilikdə nəzərdə tutulmuş hallara görədir. Bütün bunlar da işləyənlərin bütövlükdə 3/1-ni təşkil edir: "Niyə görə bəs yerdə qalan  məşğul əhalinin əmək müqaviləsi yoxdur? Bunun birinci səbəbi qanunvericiliklə, məşğulluq haqqında qanunla bağlıdır. Məsələn, pay torpağı, kənd təsərrüfatı təyinatı torpağı olan istənilən ailədə əmək qabiliyyəti yaşında  olan əmək qabiliyyəti  insanlar avtomatik məşğul sayılır. Təxminən 900 min pay torpağı götürsək və bunların hərəsində iki nəfəri hesablasaq, 1 milyon 800 min nəfər edir.  Yəni faktiki olaraq onlar qanunvericiliyə görə məşğuldur, amma nə dərəcədə məşğuldur, dəqiq bilinmir.  Araşdırılıb öyrənilsə görünər ki, bəziləri məşğuldur, bəziləri qismən məşğuldur, bəziləri isə ümumiyyətlə torpaqlarını satıb, amma bunu rəsmiləşdirməyib və sairə. Və yaxud ailə-kəndli təsərrüfatlarını götürək, məlum olduğu kimi, ailə-kəndli təsərrüfatlarında əmək müqaviləsi bağlanmır. Ümumiyyətlə, aqrar sektorda əmək müqavilələrinin sayı kifayət qədər azdır. Daha sonra, məsələn, Bakıda qeyri-formal əmək kollektivləri var, hansı ki, onlar ev tikir, təmir edirlər. Onlarda əmək müqaviləsi yoxdur, amma əslində faktiki olaraq məşğuldurlar. Həmçinin özünəməşğul insanlar var. Məsələn, sənətkarlardır, elan verir ki, kombi,  soyuducu, televizor təmir edir, antena quraşdırır və yaxud müəyyən yerlərdə öz əməyini qeyri-rəsmi surətdə satır. Onlarla əmək müqaviləsi bağlamaq mümkün deyil, yoxdur. Onlar "kölgə" iqtisadiyyatının nümayəndələridir. Nəhayət, elə iş yerləri var ki, orada işçilərlə əmək müqaviləsi bağlanılmır. Doğrudur, son illərdə  bu sahədə həm İqtisadiyyat Nazirliyinin Vergi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən işlər, tədbirlər görüblər və 30 faiz artım məhz bunun sayəsindədir".

Əmək müqaviləsi olmadan işçi çalışdırmaq həm qanunsuzdur, həm də riskli

İqtisadçı ekspert Akif Nəsirli deyir ki, bir çox işəgötürən sosial sığorta haqları, vergilər və digər öhdəliklər səbəbindən əməkdaşları rəsmiləşdirməkdən çəkinir. Rəsmiləşdirilmiş əmək münasibətləri işəgötürən üçün daha yüksək xərc tələb etdiyindən, bəzi müəssisələr qeyri-rəsmi məşğulluğa üstünlük verir. İş tapmaqda çətinlik yaşayan insanlar əmək müqaviləsi tələb etmədən işləməyə razı olurlar. "Hər hansı iş olsun kifayətdir" düşüncəsi qeyri-rəsmi məşğulluğun artmasına şərait yaradır. Əmək müqaviləsi olmadan işçi çalışdırmaq həm qanunsuzdur, həm də işəgötürən və işçi üçün çoxsaylı risklər yaradır. Hüquqi mübahisələrdən, cərimələrdən və maliyyə itkilərindən qaçmaq üçün bütün əmək münasibətləri yazılı müqavilə vasitəsilə rəsmiləşdirilməlidir: "Əmək müqaviləsi olmayan işçi əmək haqqının verilməməsi halında hüquq tələb edə bilmir, illik məzuniyyət, sosial sığorta, xəstəlik vərəqi, pensiya stajı kimi hüquqlardan tamamilə məhrum olur. İş yerində hər hansı xəsarət aldıqda qanuni kompensasiya almaqda çətinlik yaşayır, ən başlıcası işdən əsassız çıxarılmaya qarşı müdafiəsiz qalır. İşəgötürənlər üçün müqavilə bağlamaq əlavə vergi, sosial sığorta ödənişləri, məzuniyyət və digər əmək öhdəlikləri deməkdir. Bu isə xərcləri artırdığı üçün xüsusilə kiçik və orta müəssisələr rəsmi əmək münasibətlərindən yayınmağa üstünlük verirlər. Bir çox sahələrdə - ticarət, tikinti, xidmət sektoru kimi - iqtisadiyyatın kölgə hissəsi genişdir və burada işçilər tez-tez qeyri-rəsmi şəkildə çalışdırılır. Eyni zamanda bəzən işçilərin özləri də rəsmi müqavilə istəmirlər, çünki vergisiz şəkildə nəğd daha çox maaş alacaqlarını düşünür, sosial sığorta və pensiya sisteminə tam etibar etmirlər və ya işi müvəqqəti xarakter daşıyır. Nəzarət mexanizmlərinin və yoxlamaların bütün sahələri əhatə etməməsi də işəgötürənlər üçün riskləri azaldır və qeyri-rəsmi məşğulluğu davamlı edir. Bir çox iş yerlərinin gündəlik, mövsümi və ya qeyri-sabit olması da müqavilə bağlamaqdan yayınmağın səbəblərindəndir. Əmək bazarında rəqabətin yüksək, maaşların isə aşağı olması şəraitində iş axtaranların bir hissəsi müqavilə tələb etmədən işləməyə razı olur. Bütün bu faktorlar birlikdə iqtisadiyyatda yüksək qeyri-rəsmi məşğulluğun formalaşmasına gətirib çıxarır".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Dekabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see330

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see290

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see226

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see205

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see201

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see196

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see193

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see192

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see190

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see186

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see181

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see180

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see178

Mbappeni transfer etməkdə maraqlıdır

20 May 2026 01:06see170

Rubio mayın 23 dən 26 dək Hindistana səfər edəcək

20 May 2026 01:45see169

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see161

ABŞ SEPAH la bağlı 15 milyon dollar MÜKAFAT elan etdi

20 May 2026 00:51see160

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see160

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see150

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri