Icma.az
close
up
RU
Pensiya sisteminin əsas problemi qeyri formal məşğulluq

Pensiya sisteminin əsas problemi qeyri formal məşğulluq

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pensiya sisteminin dayanıqlılığı üçün əlavə islahatlara ehtiyac var. Bu barədə Hesablama Palatasının 2026-cı ilin dövlət büdcəsi üzrə rəyində qeyd olunub. Bildirilib ki, aparılan təhlillər pensiya təminatı sisteminin dayanıqlılığını qiymətləndirmək üçün istifadə edilən əsas göstəricilərə, xüsusilə də asılılıq əmsalına diqqətin artırılmasının vacibliyini göstərir. Asılılıq əmsalı-sosial sığorta haqqı ödəyən şəxslərin sayının məşğul əhalinin sayına nisbəti kimi hesablanır. Bu göstərici 2024-cü ilin əvvəlinə 54,2 faiz, ilin sonuna isə 51,7 faiz təşkil edib. Palatadan qeyd edilib ki, bu göstəricidə müəyyən müsbət meyl müşahidə olunsa da, pensiya sisteminin maliyyə sabitliyini təmin etmək üçün əlavə hüquqi baza və mexanizmlərin yaradılması zəruridir. Qurumun strateqlərinin yanaşmasına görə, əmək bazarının rəsmləşdirilməsi və sosial sığorta ödənişlərinin artırılması pensiya sisteminin gəlirlərini sabitləşdirmək baxımından əsas istiqamətlərdən biri olmalıdır.

Əmək qanunvericiliyinə əməl olunması başlıca şərtlərdən biridir

İqtisadçı ekspert Razi Abasbəyli deyir ki, dünya təcrübəsində pensiya sisteminin dayanıqlılığının təmin edilməsi birinci növbədə işəgötürənlə iş axtaranlar arasında münasibətlərin şəffaf formada təşkil edilməsidir. Xüsusilə də əmək qanunvericiliyinə əməl olunması ən başlıca şərtlərdən biridir. Başlıca şərt işəgötürənlərin vergi hesabatlılığını şəffaf şəkildə təmin etməsidir: "Bununla yanaşı, işəgötürənlərin üzərinə düşən ən böyük öhdəliklərdən birincisi əmək müqavilələrinin düzgün tərtib olunmasıdır. Xüsusilə də bu məqamlarla bağlı inkişaf etmiş ölkələrdə çox sərt qanunlar qəbul edilib. Bu qanunları pozanlar ağır şəkildə cəzalandırılırlar. Məhz pensiya sisteminin dayanıqlılığı real iş sektorunda işəgötürənlərin qanunlara necə riayət etməsindən asılıdır. Digər tərəfdən özəl pensiya fondlarının formalaşdırılması, pensiya yığımları üzrə müvafiq sektorda rəqabət qabiliyyətinin təşkil edilməsi vacib amillərdən biridir. Bu baxımdan da hesab edirəm ki, məhz bu istiqamətdə vacib addımlar atılan zaman pensiya sistemi daha dayanıqlı, şəffaf və etibarlı olur".

Azərbaycanda pensiya sisteminin dayanıqlılığı qarşısında yeni çağırışlar meydana çıxır. Demoqrafik dəyişikliklər, iqtisadi dalğalanmalar, qeyri-rəsmi məşğulluq və maliyyə sabitliyinin qorunması kimi amillər bu sistemin uzunmüddətli sabitliyini təmin etməyi vacib edir.

Pensiya sistemində ədalətin bərpa olunması

İqtisadçı-ekspert Akif Nəsirli hesab edir ki, pensiya sistemində dayanıqlığı təmin etmək, yəni davamlı olaraq 20-30 il bu fondun pensiya təminatını reallaşdırmaq üçün ciddi islahatlara ehtiyac var: "Bu islahatlardan ən önəmlisi pensiya sistemində ədalətin bərpa olunmasıdır. Hazırda əksər  pensiyaçılar 400 manat ətrafında pensiya alır. Ancaq 10-15 min manat məbləğində pensiya alanlar da var. Həmin 10 min manatla 400 manatı toplayıb yarı böldükdə hər bir pensiyaçıya 5200 manat düşür.  Ancaq məsələ burasındadır ki, orta rəqəm reallığı əks etdirmir. Mövcud pensiya məbləğindəki fərq problemini aradan qaldırmaq və ədalətli bölgü sistemi formalaşdırmaq üçün hər il əmək pensiyasının indeksləşdirilməsi zamanı indeksasiya rəqəmi hamıya eyni məbləğdə şamil edilməməlidir. Məsələn, indeksasiya faizi 10 faizdirsə, 400 manat pensiya alanın pensiyasını 20 faiz, 10 min manat pensiya alanın pensiyasını 2 faiz artıraq. Rəqəmlər şərtidir. Ancaq təklifin mahiyyəti ondan ibarətdir ki, getdikcə təzadlı fərqlər həm aradan qalxsın, həm də pensiya sisteminin yükü azalsın. Bu istiqamətdə nəzərdə tuturlar ki, addımlar atsınlar".

Ekspertin dediyinə görə, əhalinin qocalması, əmək bazarında qeyri-rəsmi məşğulluğun payının yüksək olması gələcəkdə pensiya fonduna daxilolmalarla öhdəliklər arasında balansın pozulması riskini artırır. Bu səbəbdən də pensiya yığım mexanizmlərinin gücləndirilməsi və əlavə könüllü yığım sistemlərinin stimullaşdırılması vacibdir. Əhalinin işləyən hissəsinin pensiyaçıları maliyyələşdirmək gücü tədricən zəifləyir. Bu səbəbdən islahatların əsas hədəfi pensiya fondunun öhdəlikləri ilə gəlirləri arasındakı uzunmüddətli balansın qorunması olmalıdır. Əhalinin şəxsi yığım alətlərinə marağının artması dövlət büdcəsinə düşən yükü azaldar və pensiya təminatında daha çox fərdi məsuliyyət yaradar. Paralel olaraq, qeyri-rəsmi məşğulluğun azaldılması və sosial sığorta ödənişlərinin tam yığımı üçün nəzarət və stimullar gücləndirilməlidir. İkinci istiqamət pensiya yaşının tədricən yenidən nəzərdən keçirilməsi və əmək bazarında yaşlı insanların iş fəaliyyəti üçün daha əlverişli şəraitin yaradılmasıdır. Bu, həm pensiya fondunun ödəniş yükünü azaldar, həm də əmək resurslarının effektiv istifadəsinə şərait yaradar. Nəhayət, pensiya hesablamalarında şəffaflığın artırılması, indeksasiya mexanizmlərinin daha proqnozlaşdırıla bilən və inflyasiya ilə uyğunlaşdırılan modelə keçirilməsi vacibdir. Bu, həm sistemə ictimai inamı gücləndirər, həm də sosial sabitliyin qorunmasına kömək edər.

Əmək bazarında qeyri-formal məşğulluğun geniş yayılması

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, pensiya fondunun vəsaitlərinin gəlirli və təhlükəsiz investisiyalarda yerləşdirilməsi əlavə gəlir mənbəyi yaradır. Yalnız dövlət tərəfindən maliyyələşən paylayıcı sistem uzunmüddətli perspektivdə dayanıqlı deyil. Buna görə də fərdi yığım prinsiplərinə əsaslanan çoxpilləli modelə keçilməsi məqsədəuyğundur: "Bu gün əmək bazarında qeyri-formal məşğulluğun geniş yayılması bu sahədə əsas problemlərdən biridir. Azərbaycanda məşğul əhalinin yalnız 30-35 faizi rəsmidir. Qeyri-rəsmi işləyən şəxslərin sosial sığorta haqları ödənilmədiyi üçün pensiya fonduna daxilolmalar azalır. Nəticədə həm hazırkı, həm də gələcək pensiya öhdəliklərinin maliyyələşdirilməsi çətinləşir. Bu da həm dövlət büdcəsinə əlavə yük formalaşdırır, həm də gələcək nəsillərin pensiya təminatında risk yaradır. Qeyri-formal məşğulluq yalnız iqtisadi deyil, həm də sosial nəticələrə səbəb olur. Belə ki, qeyri-rəsmi işləyən vətəndaşların pensiya hüquqları tam formalaşmır və onlar yaşa çatdıqda minimal sosial təminata möhtac qalırlar. Bu isə uzunmüddətli dövrdə sosial narazılığın artmasına və dövlətin sosial müdafiə xərclərinin genişlənməsinə gətirib çıxara bilər".

İqtisadçının fikrincə, məcburi dövlət sosial sığorta haqqı ödəyən şəxslərin sayı artmalıdır. Çünki hazırda bu ödəyicilərlə məşğul əhali arasında çox ciddi fərq var: "Bənzər iqtisadiyyatlarda məşğul əhalinin təxminən 70-80 faizi muzdlu çalışandır. Əmək müqaviləsi ilə rəsmiləşdirilmiş şəxslərdən ibarət olur. Azərbaycanda isə bu göstərici cəmi 30-35 faiz ətrafında dəyişir. Məşğul şəxslərin əhəmiyyətli bir hissəsinin əmək münasibətləri qanuniləşmir".

Onun dediyinə görə, bu gün bir çox özəl sahibkarlıq subyektləri əmək münasibətlərini yalnız minimum əməkhaqqı tələbi çərçivəsində rəsmiləşdirirlər. Bu zaman da formal olaraq əmək münasibətləri rəsmiləşdirilmiş kimi görünür. Real əməkhaqqı məbləğinin düzgün göstərilməməsi səbəbindən məcburi dövlət sosial sığorta yığımlarının həcminin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur: "Bu istiqamətdə də müvafiq addımlar atılmalıdır".

Dünyanın əksər inkişaf etmiş ölkələri kimi, Azərbaycanda da uzunmüddətli perspektivdə dövlət tərəfindən təmin edilən yalnız baza pensiyası ilə kifayətlənmək çətindir. Ekspertlərin fikrincə, məcburi dövlət pensiyası ilə yanaşı, gücləndirilmiş könüllü və fərdi yığım sistemlərinin tətbiqi sistemin dayanıqlığını artırar və vətəndaşların daha yüksək pensiya almasına imkan verər.

Qanunvericiliyin təkmilləşdirilməsi əsas prioritetlərdəndir

Millət vəkili Vüqar Bayramov bildirib ki, hazırda daha çox özəl pensiya fondlarının yaradılması, sığorta sistemini daha da təkmilləşdirilməsi əsas hədəflərdəndir: "Növbəti illərdən addımların atılması gözlənilir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi mövcud fiskal imkan nəzərə almaqla bu istiqamətdə fəaliyyətləri planlaşdırıb, sistemləşdirməyə çalışır. Ümumiyyətlə, pensiya islahatlarının dərinləşdirilməsi, pensiya qanunvericiliyinin təkmilləşdirilməsi əsas prioritetlərdəndir. Burada özəl pensiya fondlarının yaradılması, sığrorta pensiya münasibətlərinin tənzimlənməsi də çox vacib istiqamətlərdən hesab olunur. Bu istiqamətlərdə islahatların dərinləşməsi, yeni qərarların qəbul edilməsi gözləniləndir. Strategiyada qeyd etməsələr də, bunlar daha uzunmüddətli dövr üçün nəzərdə tutulan məsələlərdir. Bu dövrdə xüsusilə əhalinin yaşı, sığorta ödənişləri nəzərə alınmaqla qərarların veriləcəyi gözlənilir".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Noyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri