Qeyri sabit hava şəraiti nə vaxtadək davam edəcək? FAKTİKİ HAVA
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
İyunun 3-də saat 10:00-a olan faktiki hava açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Məlumata əsasən, bir sıra ərazilərdə külək əsir, bəzi bölgələrdə yağış yağır.
Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Naftalanda 22, Gəncədə 18, Altıağacda 17, Şabran, Yevlax və Bərdədə 15 m/s-dək güclənib.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatır.
Düşən yağıntının miqdarı Daşkəsəndə 20, Gədəbəydə 9, Ağstafada 5, Şəmkirdə 4, Gəncədə 3, Naftalan, Zaqatala, Balakən, Göygöl və Tovuzda 1 mm-dir.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 5-dək davam edəcək.

Faktiki hava: Ölkə ərazisində qeyri sabit hava şəraiti davam edir
20 Fevral 2025 19:09
Qeyri sabit hava nə vaxtadək davam edəcək?
28 Aprel 2025 11:50
Qeyri sabit hava şəraiti davam edir
16 May 2025 09:47
Qeyri sabit hava şəraiti bu tarixədək DAVAM EDƏCƏK
21 Mart 2025 17:28

