Icma.az
close
up
RU
Qeysəriyyə əməliyyatı uşaqlarda xərçəng riskini artırır XƏBƏRDARLIQ

Qeysəriyyə əməliyyatı uşaqlarda xərçəng riskini artırır XƏBƏRDARLIQ

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsveçdə yerləşən Karolinska İnstitutunun alimləri planlı qeysəriyyə əməliyyatı ilə dünyaya gələn uşaqlarda kəskin limfoblast leykoz (KLL) inkişaf riskinin daha yüksək olduğunu müəyyən ediblər. Bu qan xərçəngi uşaqlarda ən çox rast gəlinən formadır. 

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, araşdırmanın nəticələri "International Journal of Cancer" (IJC) jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində 1982–1989 və 1999–2015-ci illər arasında İsveçdə doğulmuş təxminən 2,5 milyon uşağın məlumatları təhlil edilib. Bu uşaqların 15,5%-i (təxminən 376 min nəfər) qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Onlardan 1495 nəfərinə sonradan leykoz diaqnozu qoyulub.

Ətraflı
Ads by     
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Ən çox KLL halı planlı qeysəriyyə ilə doğulan uşaqlar arasında qeydə alınıb – yəni doğuş başlamadan əvvəl həyata keçirilən əməliyyatlarda. Belə hallarda KLL inkişaf riski təbii doğuşla doğulan uşaqlarla müqayisədə 21% daha yüksək olub. Xəstəliyin ən geniş yayılmış növü olan B-hüceyrəli kəskin limfoblast leykozun (B-KLL) inkişaf riski isə 29% artıb.

Alimlərin fikrincə, planlı və təcili qeysəriyyə əməliyyatları arasındakı fərqlər immunoloji mexanizmlərlə izah oluna bilər. Belə ki, təcili qeysəriyyə adətən doğuş fəaliyyətinin artıq başladığı hallarda həyata keçirilir. Bu zaman uşaq həm fizioloji stress yaşayır, həm də ananın doğuş yollarının mikroflorası ilə təmasda olur. Planlı qeysəriyyədə isə bu baş vermir və bu hal uşağın immun sisteminin formalaşmasına təsir edə bilər.

Tədqiqatçılar bildirirlər ki, nisbi artıma baxmayaraq, ümumi risk hələ də çox aşağıdır. İsveçdə hər il 50–70 yeni B-KLL halı diaqnoz edilir. Hesablamalara görə, planlı qeysəriyyə əməliyyatları ilə bağlı artan risk, ildə təxminən bir əlavə xəstəlik halına bərabərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 İyul 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri