Icma.az
close
up
RU
Qəzada həlak olan Ramazan Filiyevin xanımı: Dedi ki, təyyarə Qroznıya enəndə xəbər edəcəm

Qəzada həlak olan Ramazan Filiyevin xanımı: Dedi ki, təyyarə Qroznıya enəndə xəbər edəcəm

Icma.az, Report.az saytına istinadən bildirir.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Balakən rayonu Şərif kənd sakini Ramazan Filiyevin ailə üzvləri bu faciədən sarsılıblar.

“Report”un Şimal-qərb bürosuna danışan R.Filiyevin həyat yoldaşı Həvva Filiyeva onunla iki il əvvəl ailə qurdularını doqquz ay əvvəl oğlan övladlarının dünyaya gəldiyini deyib.

H.Filiyeva həyat yoldaşı ilə danışıqlarını xatırlayıb:

“Sonuncu dəfə dekabrın 25-də səhər saatlarında, Ramazan təyyarəyə minməzdən əvvəl danışdıq. Dedi ki, təyyarə bir azdan havaya qalxacaq, Qroznıya enəndə sizə xəbər edəcəm. Bu söhbət bizim Ramazanla son danışığımız oldu.

Daha sonra bu dəhşətli xəbəri aldım. Ondan mənə yadigar qalan doqquz aylıq körpəmizdir. Qəza nəticəsində həlak olanların ailələrinə başsağlığı diləyirəm, yarılılara şəfa arzulayıram. Bundan sonra bir daha belə hadisələr olmasın”.

R.Filiyevin yaxın dostu Murad Bicilov "Report"un yerli bürosuna açıqlamasında onun çox zəhmətkeş insan, yaxşı dost olduğunu vurğulayıb:

“Ramazanın faciəvi ölümü hər birimizi sarsıtdı. Onun atası da yaxın zamanlarda dünyasını dəyişib. Evin tək oğlu, üç bacının bir qardaşı idi. Çox zəhmətkeş bir insan, yaxşı bir dost idi, böyük-kiçik yerini bilirdi. Dövlətimizin yanımızda olması bizim üçün böyük təsəllidir. Allah qəzada həlak olanlara rəhmət eləsin”.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://report.az
archiveBu xəbər 27 Dekabr 2024 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see241

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see235

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see169

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri