Dedi ki, oturub təyyarənin qalxmağını gözləyir Qəzada həlak olan Raminin ATASI
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
“Özünə isti geyim almışdı ki, Çeçenistan soyuq olur, orada geyinər”.
Redaktor.az xəbər verir ki, bunu təyyarə qəzasında həlak olan Şəmkir rayon sakini 26 yaşlı Ramin İbrahimovun atası Mahir İbrahimov deyib.
O bildirib ki, oğlu Çeçenistana işləməyə gedirmiş: “İsti paltarlar almışdı. Axşam yemək yedi. Ailəlikcə onu yola saldıq. Axırıncı dəfə səhər saat 9-a 11 dəqiqə işləmiş anasına səs göndərmişdi. Dedi ki, oturub təyyarənin qalxmağını gözləyir. Mən isə hadisənin baş verdiyini saat 11-də bildim”.
M.İbrahimov əlavə edib ki, hadisə barədə sosial şəbəkədən xəbər tutublar: “Evə gələndə qardaşım zəng edərək bildirdi ki, sosial şəbəkədə təyyarə qəzası ilə əlaqəli videoları görüb. Mən də tez televizoru açıb xəbəri gördüm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 26 Dekabr 2024 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















