Icma.az
close
up
RU
Qəzada yaralanan 6 yaşlı Kənanı kim müalicə etdirməlidir? Fotolar

Qəzada yaralanan 6 yaşlı Kənanı kim müalicə etdirməlidir? Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“6 yaşlı oğlum Kənan mikroavtobus qəzasında yaralanıb, sifəti deformasiyaya uğrayıb. Hazırda üzündə tikişlər var, həmin nahiyələrdə şişlər əmələ gəlib. Hadisədən bir aya yaxın vaxt keçsə də, qəza törədən sürücü övladımın müalicəsinə köməklik etmir”.

Bu şikayətlə “Qafqazinfo”ya azyaşlının atası - Balakən rayonunun Sarıbulaq kənd sakini Səxavət Qədirov müraciət edib. 

Valideyn deyir ki, hadisə mayın 10-da qeydə alınıb: “Anam Tükəz İsgəndərova və 6 yaşlı oğlum Kənan Qədirzadə “Mercedes Vito” mikroavtobusu ilə Balakəndən Bakıya gedərkən Şəkidə “Ford” markalı avtomobillə toqquşaraq qəzaya düşüb. Hadisə nəticəsində onlarla birlikdə 7 nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə aparılıb, orada müalicə alıblar. Amma oğlumun sifətində problemlər yaranıb, ona estetik cərrahiyyə lazımdır. Mikroavtobusun sürücüsü Asif Gündüzzadəyə zəng edirəm ki, uşağa kömək etsin. Deyir “kömək etmirəm, hara istəyirsən şikayət elə”. Hadisədən bir aya yaxın vaxt keçib, hələ də bir tədbir görülmür. İş Şəki Rayon Polis İdarəsində araşdırılır”.

Şikayətçinin sözlərinə görə, sürücü müntəzəm sərnişindaşıma ilə məşğul olmayıb, ödəniş qarşılığında sərnişinləri evlərindən götürərək paytaxta aparıb. 

Problemlə bağlı qəzaya düşən mikroavtobusun sürücüsü A.Gündüzzadə ilə əlaqə saxladıq. O, hadisədə zərərçəkmiş olduğunu bildirib, qəzaya səbəb kimi digər avtomobilin sürücüsünü göstərib: “Mən özüm də zərərçəkmiş tərəfəm, kiminsə əməliyyatını etməli deyiləm. Bunu qarşı tərəfdən tələb etməlidir. Bizi digər sürücü avtomobillə vurub. Öz yolumuzla gedərkən həmin avtomobil maneəni, ortadakı bardürü keçərək aşıb və bizim maşına çırpılıb. Mən günahsız tərəfəm, qəzada mən də xəsarət almışam. Hansı qanunda göstərilir ki, zərərçəkmiş tərəf kiminsə əməliyyatını etsin, özü də plastik əməliyyatını? Mən həmin şəxsə yolunu göstərmişəm ki, get ondan şikayətini elə. O, həmçinin mülki iddia da qaldıra bilər”. 

Sürücünün qeyri-qanuni sərnişindaşıma xidməti göstərməsi ittihamlarına gəlincə isə A.Gündüzzadə bunları deyib: “Digər “Vito” avtomobillərinin sürücüləri necə işləyirsə, biz də elə işləyirik. Bunun qanuni-qanunsuz tərəfini bilmirəm. Əgər mənim qanunsuz sərnişindaşımaya dair məsuliyyətim varsa, ona görə cərimə yazılacaq”.

Şikayətlə əlaqədar Daxili İşlər Nazirliyinə də müraciət etdik. Qurumun Mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, mayın 10-da Şəki şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırmaları aparılır: “Hadisə nəticəsində xəsarət alan şəxslərlə bağlı müvafiq məhkəmə-tibbi ekspertizalar təyin edilib. Hazırda ekspertiza rəyləri gözlənilir. Nəticələrə əsasən toplanmış materiallar üzrə qanunvericiliyə uyğun qərar qəbul ediləcək”.

6 yaşlı Kənanın əməliyyatı barədə əlavə məlumat almaq məqsədilə TƏBİB-lə də əlaqə saxladıq. Sorğumuza cavab kimi deyildi ki, tibb müəssisəsində vətəndaşların sağlamlıq vəziyyəti stabilləşənə qədər tibbi yardım göstərilir: “Daha sonra ambulator müəlicəsini ev şəraitində davam etdirir. Estetik və plastik cərrahiyyə üzrə tibbi xidmətlər icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil deyil və TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icra olunmur”.

Gülnar Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 İyun 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri