Icma.az
close
up
RU
Qəzaların baş vermə səbəbi ilə bağlı VACİB AÇIQLAMA

Qəzaların baş vermə səbəbi ilə bağlı VACİB AÇIQLAMA

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

"Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində təəssüf ki, yollarımızda yenidən ağır yol-nəqliyyat hadisələri qeydə alınır".

BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği şöbəsinin rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev bildirib.

Onun sözlərinə görə, müşahidələr göstərir ki, bu qəzaların əksəriyyəti sürücülərin, piyadaların və digər yol hərəkəti iştirakçılarının məsuliyyətsiz davranışı, tələskənliyi və diqqətsizliyi nəticəsində baş verir:

"Təəssüflər olsun ki, məhz bayram günlərində baş verən yol-nəqliyyat hadisələri bəzi ailələr üçün ömürlük kədər deməkdir. Həmin ailələr üçün Yeni ilin gəlişi artıq bayram yox, hər il yenidən xatırlanan acı bir tarixə çevrilir.

Unutmamalıyıq ki, yolda etdiyimiz hər bir hərəkət yalnız öz həyatımızı deyil, evdə bizi gözləyən sevdiklərimizin də taleyini müəyyənləşdirir. Sükan arxasında yol verilən məsuliyyətsizlik geri dönüşü olmayan, ağır və ölümcül nəticələrə səbəb ola bilər".

Şöbə rəisi əlavə edib ki, bu gün yol hərəkəti qaydalarına əməl etmək təkcə qanunun tələbi deyil, həm də vicdan məsələsidi:

"Əgər hər birimiz bu əlamətdar günləri sağ-salamat qarşılamaq, bayram sevincini ailəmizlə birlikdə yaşamaq istəyiriksə, qaydalara qeyd-şərtsiz əməl etməli, digər hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmalıyıq.

Unutmamalıyıq ki, qayda pozan və qəza törədən bəzən biz ola bilərik, lakin bunun nəticəsində həyatını itirənlər çox vaxt günahsız insanlardır. Buna görə də "avtomobil mənimdir, istədiyim kimi sürərəm" düşüncəsindən uzaqlaşmalı, yolların hamı üçün olduğunu bir an belə yaddan çıxarmamalıyıq.

Gəlin bu bayram günlərində yollarda tələsməyək, risk etməyək, bir anlıq diqqətsizliklə ömürlük peşmanlığa yol verməyək. Bayramlar itkilərlə deyil, sevinclə xatırlansın".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://baku.ws
archiveBu xəbər 29 Dekabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri