Icma.az
close
up
RU
Toy karvanlarında qəzaların baş verməsinin səbəbi budur AÇIQLAMA

Toy karvanlarında qəzaların baş verməsinin səbəbi budur AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“Toy karvanlarında baş verən qəzaların əsas səbəbi yol hərəkəti qaydalarına əməl edilməməsidir. Sürücülər bir-birinə çox yaxın məsafədə hərəkət edir. Tez-tez qəfil əyləclər verilir”. 
Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib. 
O bildirib ki, bəzən sürət artırılır, bəzən isə səbəbsiz yerə dayanılır:
“Bu hallar digər avtomobillər üçün təhlükə yaradır və nəticədə zəncirvari qəza baş verir. Şəhər şəraitində, xüsusilə də Nərimanov kimi hərəkətin sıx olduğu rayonlarda belə davranışlar riski daha da artırır. Yolun buraxıcılıq qabiliyyəti azalır. Digər sürücülər nə baş verdiyini anlamağa macal tapmır. Bir avtomobilin səhvi bir neçə maşının toqquşması ilə nəticələnir. Toy karvanı anlayışı qanunvericilikdə ayrıca status daşımır”. 
O əlavə edib ki, bu səbəbdən karvanda iştirak edən bütün sürücülər digərləri ilə eyni qaydalara tabedir:
“Sürət həddinin aşılması, təhlükəli manevrlər və məsafənin saxlanılmaması inzibati məsuliyyət yaradır. Qəza baş verdikdə isə maddi ziyanla yanaşı, insanların həyatı da risk altına düşür. Belə hadisələrin qarşısını almaq üçün sürücülər emosiyaya qapılmamalıdır. Qaydalar hamı üçün eynidir. Təhlükəsiz məsafə saxlanmalı, yol şəraiti və digər hərəkət iştirakçıları nəzərə alınmalıdır. Toy sevinci heç vaxt yol təhlükəsizliyindən üstün tutulmamalıdır”.
Leyla Turan 
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Dekabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri