Icma.az
close
up
RU
Qəzanın detallarını açıqladı

Qəzanın detallarını açıqladı

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin (“Rosaviasiya”) rəhbəri Dmitri Yadrov dekabrın 25-də Aktau yaxınlığında Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin qəzaya uğramasının detallarını açıqlayıb. 

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, Yadrov təyyarənin uçuşu zamanı Qroznı səmasında vəziyyət çətin olduğunu bildirib. 

“Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatları ilə hücuma görə Qroznıda “Ковер” planı tətbiq edilib, bundan əlavə, hava limanında sıx duman müşahidə edilirdi. Hava gəmisinin komandiri təyyarəni endirməyə iki dəfə uğursuz cəhd edib. Ona digər hava limanlarında yerə enmək təklif edilsə də, o, Aktauya getməyə qərar verdi”, - deyə Yadrov qeyd edib. 

Onun sözlərinə görə, Rusiya AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmada Azərbaycan və Qazaxıstana hərtərəfli dəstəyi göstərəcək.

seeBaxış sayı:35
embedMənbə:https://qafqazinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri