Qəzaya düşən Xalq artisti ilə bağlı VACİB XƏBƏR
Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
Xalq artisti, “Şöhrət” ordenli aktrisa Şükufə Yusupovanın müalicəsi davam edir.
Musavat.com-un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, aktrisanın vəziyyəti hazırda stabildir.
“1954-cü il təvəllüdlü şəxsin (qadın) müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”, – deyə TƏBİB-dən qeyd olunub.
Qeyd edək ki, avqustun 21-də “İçərişəhər” metrostansiyasının yaxınlığında yolu keçən zaman piyada keçidində Şükufə Yusupovanı avtomobil vurub. Aktrisa Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, zəruri müayinələr aparılıb. Müayinələrin nəticələrinə əsasən, Şükufə Yusupovaya çanaq və qabırğa sınıqları diaqnozu qoyulub. Daha sonra onun müalicəsi Yeni Klinikada davam etdirilib.
Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Baxış sayı:124
Bu xəbər 07 Sentyabr 2026 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















