Qəzaya görə məhkəməlik olan Arzum ərindən də BOŞANDI VİDEO
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
TikToker Arzum şəxsi həyatı ilə bağlı etdiyi açıqlama ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sosial şəbəkədə paylaşdığı videoda həyat yoldaşı ilə münasibətlərinə son qoyduğunu bildirən fenomen artıq ayrıldığını açıq şəkildə etiraf edib.
Arzum çıxışında ailəsində əvvəllər belə söz-söhbət və incikliklərin olmadığını vurğulayaraq yaşadığı çətinliklərdən danışıb:
"Mən artıq bu yolda yoxam. Ailəmdə belə söz-söhbətlər, qırğınlar olmurdu. Artıq açıq deyə bilirəm ki, ayrılmışam. Kişi xisləti hər sözü də başına vurur. Bilmirəm məhkəmə işi ilə savaşım, ya ailə problemi ilə... Bu söhbəti salanlar utansın, ancaq balaları çəkməsin".
Onun bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi Arzuma dəstək mesajları yazarkən, digərləri ayrılığın səbəbləri ilə bağlı müxtəlif ehtimallar irəli sürüblər.
Qeyd edək ki, TikToker Arzum bir müddətdir avtomobil qəzası ilə bağlı məhkəmə prosesi ilə də gündəmdədir. Xatırladaq ki, istintaq dövründə onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Hüseyn
Milli.Az
Baxış sayı:198
Bu xəbər 09 İyun 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















