Qəzaya uğramış təyyarənin pilotları və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq.
APA xəbər verir ki, onların nəşi Qazaxıstandan gətirilərək II Fəxri xiyabanda torpağa tapşırılacaq.
Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Pilotlar və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq AzPolitika onlayn siyasiictimai qəzet
27 Dekabr 2024 12:51
Hökumə və pilotlar II Fəxri xiyabanda dəfn olunacaq KONKRET
27 Dekabr 2024 12:53
Qəzada həyatını itirmiş pilotlar və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda DƏFN EDİLƏCƏK Yeni Çağ Media
27 Dekabr 2024 13:10
AZALın təyyarəsinin ekipajı II Fəxri Xiyabanda dəfn olunacaq
27 Dekabr 2024 13:45
Vüqar Həşimovun atası II Fəxri Xiyabanda dəfn olunacaq
08 Yanvar 2025 17:36

