Qəzaya uğrayan təyyarədən 180 kilo kokain tapıldı
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Braziliyada qəzaya uğrayan təyyarədən 180 kilo kokain tapılıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, qəza Braziliyanın Alaqoas əyalətinin Koruripe şəhəri yaxınlığındakı tarlada baş verib.
Nəticədə təyyarənin pilotu hadisə yerində keçinib. Əraziyə cəlb olunan polis 70 qutuda, ümumi çəkisi 180 kiloqram olan kokain aşkar edib. Dağıntılar arasında Melburnun şərqindən olan 46 yaşlı kişiyə məxsus sürücülük vəsiqəsi tapılıb.
Kokainin qablaşdırıldığı plastik qutuların üzərində isə “SpaceX” loqosu vurulduğu məlum olub.

Cənubi Koreyada qəzaya uğrayan təyyarədən geridə qalanlar...
29 Dekabr 2024 12:07
İnsanların qəzaya uğrayan təyyarədən xilas edilmə anı Video
25 Dekabr 2024 13:32
Qəzaya uğrayan təyyarədən videonu arvadına göndərdi: Dərhal sonra...
26 Dekabr 2024 12:19
Qəzaya uğrayan təyyarədən sağ çıxan stüardessanın şücaətindən danışıb
26 Dekabr 2024 18:01

