Qəzza zolağında 45 günlük atəşkəs ola bilər
Aznews.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fələstinin HƏMAS hərəkatı İsrailin Qəzza zolağında 45 günlük atəşkəslə bağlı təklifini dəyərləndirir.
Bu barədə hərəkatın nümayəndəsinə istinadən CNN məlumat yayıb.
Mənbənin sözlərinə görə, təşəbbüs çərçivəsində İsrail bir neçə yüz fələstinli məhbusun əvəzində on girovu azad etmək imkanı ilə müvəqqəti barışıq təklif edir.
Telekanal bildirib ki, planda hərtərəfli razılaşma çərçivəsində əvvəllər Həmas-ın əsas şərti olan münaqişənin daimi əsasda dayandırılmasına dair təminatlar yoxdur. Bu səbəbdən də təklifin qəbul olunma ehtimalı “aşağı kimi qiymətləndirilir”.
Mövsüm
Aznews.az

