Icma.az
close
up
RU
MƏRKƏZİ ASİYANIN TÜRK DÖVLƏTLƏRİ TÜRKİYƏYƏ XƏYANƏT ETDİLƏRMİ? Böyük Turanın var olmasının iki ana şərti

MƏRKƏZİ ASİYANIN TÜRK DÖVLƏTLƏRİ TÜRKİYƏYƏ XƏYANƏT ETDİLƏRMİ? Böyük Turanın var olmasının iki ana şərti

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Namiq Bilal

Qazaxıstan, Özbəkistan və Türkmənistan yunan Kiprində səfirlik açmaq qərarını verdilər və bu qərar böyük mübahisələr doğurdu. Həmin qərarın Türk Dövlətləri Təşkilatının (TDT) formalaşmasına hansı təsir göstərəcəyini araşdırmağa çalışaq.

Get-gedə daha da azğınlaşan və daha təhlükəli olan yeni dünyada Böyük Türk Birliyinin yaranması türk dövlətlərinin varlığı üçün vazkeçilməz tələbdir. Deyiləni anlamaq üçün 3-4 cümləlik tarixi hafizəyə və xəritəyə baxmaq yetərlidir. Geniş türk torpaqlarını əhatə edən böyük imperiyaları və türklərin həmin imperiyalarla əsrlər boyu apardığı ağır müharibələri qısaca yada salaq.

Türklərlə Çin imperiyalarının min illərlə davam edən toqquşmaları. Çin türk torpaqlarını cənubi-şərqdən əhatə edir və yeni dünyanın ən təhlükəli dövlətidir. Hərbi və iqtisadi gücü fantastik sürətlə böyüyür, əhalisi sıxdır, genişlənmək arzularını gizlətmir, gözlərini Türküstan torpaqlarına dikib.

Türk-rus qarşıdurması əsrlərdir qanlı toqquşmalarla və qarşılıqlı işğallarla müşayiət olunur. Mücadilə bu gün də davam edir, yenidən qaynar fazaya keçmək şansı böyükdür.

Türk-fas qarşıdurması. Tarixin yazılmağa başladığı ilk dövrlərdən gündəmdədir, bu gün də aktualdır. Üstəlik, Avropa dövlətləri farsları türklərə qarşı hər zaman silahlandırıb istifadə ediblər.

Türk-ərəb qarşıdurmaları. Böyük ölçüdə ərəb xilafətinin yarandığı dövrdən başlanıb. İndi səngimiş kimi görünür. Lakin yenidən alovlanma potensialını hər zaman özündə daşıyır.

Türk-Avropa qarşıdurması. Eramızın ilk əsrlərindən hun türklərinin Avropaya axınları ilə başlanıb. Avropanın iki ən böyük imperiyasını türklər çökdürüb. Roma imperiyasını hunlar, Bizansı isə Osmanlılar dağıdıblar. Türk qorxusu avropalıların yaddaşındadır, unudulması da mümkünsüzdür. Türklərlə avropalılar arasındakı mücadilə ən müxtəlif formatlarda bu gün də davam edir və hələlik bunun sonu görünmür.

Göründüyü kimi türk coğrafiyası istisnasız olaraq bütün tərəflərdən böyük tarixi düşmənlərlə əhatələnib. Tarixin hansı dönəmində türklər güclənibsə, adları çəkilən qonşuların maraqları əzilib. Və əksinə, türklər zəifləyəndə qonşular türkləri bölüb, əzib, parçalayıblar.

İndi türklər güclənir, birləşmə yolunda addımlar atır, kimliyi unutdurulmuş nəhəng millət türk kökünə qayıdır. Amma qonşular da yatmır. Türklərin böyüməysini və birləşməsini əngəlləmək rəqib qonşularımızın təbii maraqlarıdır. Var gücləri ilə əngəlləyəcəklər.

Qayıdaq üç türk dövlətinin Yunan Kipri ilə bağlı aldıqları qərara. Öncə onu qeyd edək ki, Kipr məsələsi yarım əsrdir avropalılar tərəfindən türklərə qarşı bir basqı elementidir. Kipr adası iki etnik qrupun yaşadığı iki hissəyə bölünüb və faktiki olaraq iki dövlət kimi varlığını sürdürür. Qərb adanı iki dövlət kimi qəbul etmir və bu, qərəzlidir. Belə ki, Kiprin bölündüyü dövrdən bəri çox sayda Avropa dövləti etnik ərazilərə parçalanıb, Qərb də həmin əraziləri müstəqil dövlətlər kimi tanıyıb. Sovetlər birliyi on beş hissəyə, Yuqoslaviya beş hissəyə, Çexoslovakiya 2 hissəyə bölünüb və tanınıb. Amma Kiprin bölünməsi tanınmır. İşlərinə gələndə tanıyırlar, gəlməyəndə tanımırlar.

Kipr problemindən indi də TDT daxili münasibətləri zədələmək üçün yararlanırlar. Avropa Birliyinin 12 milyard avroluq investisiyası qarşılığında üç türk dövləti yunan Kiprində səfirlik açdı və üstəlik, anlaşmanın Türkiyə üçün xüsusilə ağrılı olan 4-cü bəndini imzaladılar. Bu bənddə Türkiyənin Kiprdə işğalçı dövlət olduğu göstərilir. Alınan qərar Turan ruhuna əlbəttə ki, ziddir. Eyni zamanda bu qərar adları çəkilən türk dövlətlərinin Avropa ilə işbirliyinin dərinləşməsi və həmin dövlətlərə investisiyaların cəlb edilməsi baxımından olduqca əhəmiyyətlidir.

Başqa sözlə, üç türk dövləti Türkiyənin və Turan birliyinin maraqlarını deyil, öz milli maraqlarını üstün tutdular. Yunan Kipri qərarını TDT üçün ilk ciddi sınaq saymaq olar. Təşkilata daxil olan dövlətlərin milli maraqları bu məsələdə toqquşdu.

Bu sonuncu toqquşmadırmı? Əminliklə deyə bilərik ki, yox! Müxtəlif dövlətlər varsa, zidddiyyətli maraqlar da olacaq, həmin maraqların toqquşması da. Və bu maraq toqquşmalarından rəqib dövlətlər sonuna qədər yararlanacaqlar.

İndiyə qədər mövcud olan sanballı dövlətlərarası təşkilatların təcrübəsi göstərir ki, təşkilatın mövcudluğu və güclənməsi iki ana şərtə bağlıdır. Bu şərtlər TDT üçün də keçərlidir.

Birinci şərt: İstənilən təşkilata, o cümlədən TDT-yə üzv dövlətlər digər üzv dövlətlərin önəmli milli maraqlarının yeridilməsinə təmkinlə yanaşılmalıdırlar. Həmin maraqlar digər dövlətlərin və bütövlükdə təşkilatın maralarına müəyyən qədər zidd olsa belə. Lakin, hansısa dövlətin marağı təşkilatın varlığını və güclənməsini təhlükəyə atarsa, həmin maraqdan vaz keçilməlidir. Bu həssas məsələdə konkret qırmızı xətlərin çəkilməsi və həmin xətlərin bütün üzv dövlətlər tərəfindən qəbul edilməsi TDT-ni möhkəmləndirəcək. Bu gün Türkiyə üç türk dövlətinin Kipr qərarına təmkinlə yanaşır.

İkinci şərt: Dövlətlər birliyi o zaman möhkəmlənir ki, təkcə hakim elitalar deyil, dövlətlərin geniş əhali kütlələri də vahid ideya ətrafında toparlansınlar. TDT-ni var edən birlik ideyası ən təbii qavram olan milli eynilik, türk kimliyi üzərində qurulub. Bu ideya geniş kütlələr tərəfindən rahatlıqla anlaşılır və qəbul edilir. Üstəlik, türk toplumları çox böyük geopolitik təhlükələrlə üz-üzədir. Milləti birləşdirən ən böyük güc xarici təhlükədir. Sayı yüz milyonlarla olan geniş türk tabanı bu təhlükələri yetərincə dəyərləndirə biləcəksə, möhtəşəm Turan Birliyinin qurulması qarşısıalınmaz proses olacaq.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Aprel 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see364

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see281

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see186

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see141

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see140

Serbiya seçimini etdi, bunu gözləyirik Leyen

15 Oktyabr 2025 21:50see139

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see139

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see137

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see134

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see132

Eltac və Gülnar Avropa çempionatında

16 Oktyabr 2025 00:38see131

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see130

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see129

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see128

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see128

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see127

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see124

Avropa ölkələrini də geridə qoymaq üzrəyik Sosioloq

16 Oktyabr 2025 06:24see123

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see121

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri