“Qəzza zolağında növbəti mərhələyə keçid üçün imkanlar yaranıb” SİYASİ ŞƏRHÇİ
Icma.az, Gununsesi saytına istinadən bildirir.
Noyabrın 12-də Türkiyə və Misir xarici işlər nazirləri Ankarada Qəzza zolağında atəşkəsi və müharibə bitdikdən sonra anklavın bərpası üçün beynəlxalq səyləri müzakirə ediblər.
Görəsən, bu görüşdən sonra proseslə bağlı müsbət gözləntilər ola bilərmi?
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltanın sözlərinə görə, atəşkəs prosesində təminatçı ölkələr kimi çıxış edən Misir, Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı ABŞ və Böyük Britaniya ilə yanaşı Qəzza zolağında atəşkəsin təmin olunması, Fələstinin ərazi bütövlüyünün qorunması, Qəzza məsələsinin Fələstinin daxili işi kimi qəbul edilməsi və bölgədə fələstinli administrasiyanın yaradılması mövqeyini bölüşür:
“Bu yanaşma ABŞ Prezidenti Donald Trampın məlum Qəzza proqramında da öz əksini tapıb”.
Siyasi şərhçi vurğulayıb ki, Həmas da son vaxtlar Qəzza zolağında texnokrat hökumətinin qurulmasına razılıq verib.
“Düşünürəm ki, Türkiyə, Misir, Qətər, Səudiyyə Ərəbistanı, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri regional ölkələr olaraq ABŞ ilə birlikdə prosesin ikinci mərhələsinə keçidi təsdiq edə bilərlər”, – deyə Sədrəddin Soltan əlavə edib.
Şəbnəm
Baxış sayı:48
Bu xəbər 14 Noyabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















