Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Minerallar sövdələşməsi Ukrayna üçün böyük bir hadisədir Siyasi şərhçi

Minerallar sövdələşməsi Ukrayna üçün böyük bir hadisədir Siyasi şərhçi

Icma.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.

Volodimir Zelenskinin Vaşinqtona səfəri zamanı imzalanması gözlənilən ABŞ-Ukrayna sazişi ilə əlaqədar bəzi tezislərimi diqqətinizə çatdırıram:

1. ABŞ ilə Ukrayna arasında imzalanacaq sənəd çərçivə sazişi olacaq. Qərb informasiya məkanını təhlil edən zaman aydın olur ki, minerallarla bağlı razılaşmaya Ukraynanın təhlükəsizlik zəmanətləri daxil olmayıb. Bu informasiyaları da rəsmi mövqelər də dəstəkləyir:

- Zelenksi sənədə zəmanətlərlə bağlı ən azı “cümlə”nin daxil edilməsinin vacib olduğunu deyib,

- ABŞ prezidenti Donald Tramp bu cür zəmanətlərin Ukraynanın qonşusu olan Avropa tərəfindən verilməli olduğu mövqeyini təkrarlayıb.

2. Proses ümumilikdə ABŞ-nin strateji doktrinasını, o cümlədən geoiqtisadi maraqlarını irəlilətmək baxımından qiymətli, Ukraynanın ərazi bütövlüyü və suverenliyini prizmasından isə mübahisəlidir.

Çünki:

- Çərçivə sazişi ümumi prinsipləri əks etdirəcək və digər detalların razılaşdırılması ABŞ-nin Rusiya və Ukrayna arasındakı diplomatik-siyasi trafiklərinin nəticələrindən asılı olacaq. Bu kontekstdə çərçivə sazişinin pozulmağa qarşı həssaslığı önə çıxır,

- Donald Tramp müqavilənin bağlanması ərəfəsində Rusiya ilə Ukrayna arasında atəşkəsə eyhamlar vurur. Cənab Tramp Rusiya Prezidenti Vladimir Putinin bunun baş verməsi üçün “güzəştlərə” getməli olacağını təklif edir. Hərçənd ki, Rusiyanın güzəşt arenası müəyyən ərazilərdən geri çəkilməyi əhatə etsə belə, bu, Moskvanın Ukrayna qarşısındakı tələblərini yumşaltmayacaq. Bu fonda Trampın “Ukrayna NATO-nu unutsun” deməsi Ağ Evin Kremlin maraqlarını nəzərə aldığını aydın şəkildə göstərir,

- Minerallar sövdələşməsi Tramp administrasiyasının böyük təzyiqi altında baş tutur.

3. ABŞ əslində Avropada Rusiyaya qarşı geoiqtisadi balans yaradır, lakin bu, Trampın Transatlantik norma və institutları hədəf alması fonunda baş tutur. ABŞ-nin xarici siyasət doktrinasında təbii sərvətlərlə zəngin ərazilərə nəzarət mexanizmi daha çox prioritetdir (Suriya nümunəsi), nəinki Ukraynanın suverenliyini qorumaq. Bu baxımdan Tramp Ukraynanın “təhlükəsizliyini” aşağıdakı kimi şərh edir:

- Minerallar sövdələşməsi Ukrayna üçün böyük bir hadisədir,

- Çünki ABŞ şirkətlərinin sərvətlər olan ərazilərdəki fəaliyyəti Ukraynanı avtomatik olaraq təhlükəsizlik qarantiyası altına alır.

4. Rusiya Ukrayna ərazilərində yaratdığı təsir zonasında ABŞ ilə işləməyi zəruri hesab edir, bu, indiki şəraitdə Rusiya iqtisadiyyatının canlanmasına və Kremlin geosiyasi vektorunu genişləndirməsinə fürsətlər tanıyır. Amma Rusiya indi üçün ABŞ qarşısında güclü bənd sayıla bilməz. Tramp administrasiyası ilə Kreml arasındakı danışıqlar sadəcə olaraq ABŞ ilə Rusiyanın rəqabət zonasını “qarşılıqlı hörmət əsasında” cilovlamağa hesablanmış taktikadır. Bu isə:

- Rusiyanın Ukraynaya qarşı maksimalist tələblərini yenidən paketləməyə imkan verir. Rusiyanın rəsmi şəkildə Ukraynada mövcud cəbhə xəttlərinin dondurulması ilə nəticələnən danışıqların qeyri-mümkünküyü dilə gətirməsi Putinin ideallarından əl çəkmədiyini göstərir;

- Rusiyanın ritorikası Rusiya qoşunlarının güc yolu ilə əldə edə bilmədiyi əraziləri ABŞ ilə danışıqların nəticəsi olaraq əldə etmək nail olmaq cəhdidir.

5. Rusiya-ABŞ danışıqları və Vaşinqtonla Kiyev arasında imzalanacaq sənəd geoiqtisadi ekspansiya həyata keçirən Çinin də diqqət mərkəzindədir. Bu mənada Çin Ukraynadakı müharibənin həlli ilə əlaqədar həmişəkindən daha çox “sülhməramlı qüvvə” kimi çıxış etməyə həvəslidir. Bunların müşayiətində:

- ABŞ ilə Çin arasındakı gələcək danışıqların prioritetləri müəyyənləşə bilər. Belə ki, ABŞ ilə Çin növbəti zərərli ticarət müharibəsinin qarşısını almaq üçün əldə etməyə yaxınlaşa bilər,

- Lakin Çin Ukrayna müharibəsi fonunda az xərc və resurs sərf edərək ya ABŞ-Rusiya əlaqələrini pozmaq istəyəcək, ya da onların əldə etdiyi razılaşmalardan öz mənfəətini götürməyə çalışacaq.

- Çin indi Ağ Evlə Kremlin Ukraynada əldə olunacaq razılaşmalar üzrə siyasətlərini öyrənməyə və onun nəticələrinə cavab hazırlamağı prioritetləşdirir...

Siyasi şərhçi Aqşin Kərimov

Sitat.info 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://sitat.info
archiveBu xəbər 28 Fevral 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see700

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see406

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see275

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see261

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see257

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see254

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see239

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see237

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see224

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see220

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see217

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see216

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see216

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see215

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see211

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see201

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see195

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see193

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri