Qəzzada qalan hər şeyi məhv edirik, dünya bizi dayandıra bilmir
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Qəzzada qalan hər şeyi məhv edirik, dünya bizi dayandıra bilmir".
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu İsrailin maliyyə naziri Bezalel Smotriç təşkil etdiyi mətbuat konfransında jurnalistlərə açıqlama verərkən deyib.
Dini Sionizm Partiyasının lideri Smotriç mətbuat konfransında bildirib ki, onlar minimum səviyyədə humanitar yardımın Qəzzaya daxil olmasına icazə verəcəklər.
İsrail ordusunun Qəzzada işğalı genişləndirəcək və onu daimi hala gətirəcək "Gideonun müharibə maşınları" adlı hücum planından danışan ifrat sağçı nazir, ordunun indi fərqli bir üsula əl atdığını qeyd edərək, "İşğal edirik, təmizləyirik və orada qalacağıq. Əhali Qəzza zolağının cənubuna, oradan da üçüncü ölkələrə köçəcək"-, deyə bildirib.
İsrailin baş naziri Binyamin Netanyahu yardımların paylanması üçün yeni mexanizm qurulacağını, yardımların ən tez mayın 24-nə qədər köhnə üsulla paylanılacağını və İsrail ordusunun yardımların paylandığı nöqtələrdə nəzarəti əlində saxlayacağını açıqlayıb.
Qeyd edək ki, Netanyahu bütün Qəzzanı ələ keçirəcəklərini bəyan etmişdi.
Oksana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 19 May 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















