“Qəzzanın yenidən qurulması əhali köçürülmədən aparılmalıdır” İordaniya Kralı
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
İordaniya Kralı II Abdullah bildirib ki, Qəzza zolağının yenidən qurulması əhali köçürülmədən aparılmalıdır.
“Report” xəbər verir ki, bu barədə Kral Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşündən sonra özünün X səhifəsində yazıb.
“Görüş zamanı mən İordaniyanın fələstinlilərin Qəzza və İordan çayının qərb sahilindən köçürülməsinə qarşı sarsılmaz mövqeyini bir daha təkrarladım. Bu, ərəb ölkələrinin ortaq mövqeyidir. Hər kəs üçün prioritet Qəzzanın sakinlərini köçürmədən yenidən qurulması, eləcə də zolaqdakı çətin humanitar vəziyyətin həlli olmalıdır”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, İordaniya regionda hamı üçün ədalətli və hərtərəfli sülhə nail olmaq üçün tərəfdaşlarla səmərəli işləməyi davam etdirmək niyyətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 12 Fevral 2025 08:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















