Icma.az
close
up
RU
Qəzzaya yardım çatdırılması atəşkəs olmadan bərpa oluna bilər

Qəzzaya yardım çatdırılması atəşkəs olmadan bərpa oluna bilər

Icma.az xəbər verir, Manset saytına əsaslanaraq.

Fələstinin Qəzza zolağının əhalisinə humanitar yardımın çatdırılması radikal HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında bu zolaqda atəşkəs barədə razılığa gəlmədən bərpa oluna bilər.

Manset.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb .

Məlumata görə, İsrail tərəfi Həmas ilə müqavilə bağlamadan belə anklavın əhalisinə humanitar yardım axınını bərpa etməyə hazırdır. Sektora humanitar yardımların çatdırılması prosesinin “yeni üsulla” aparılacağı, onların radikal hərəkat tərəfdarlarının əlinə keçə bilməyəcəyi də bildirilir.

Qeyd olunur ki, bu məsələ ilə bağlı yekun qərarı İsrail tərəfi siyasi səviyyədə qəbul etməli və təsdiq etməlidir.

Qeyd edək ki, Yanvarın ortalarında İsrail və Fələstin HƏMAS hərəkatı Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə Qəzzada yanvarın 19-da qüvvəyə minən atəşkəsin tətbiqi ilə bağlı razılığa gəlib. Bunun müqabilində yəhudi dövləti 1500-dən çox fələstinlini həbsdən azad edib. Martın 2-də İsrail Qəzzaya humanitar yardımın çatdırılmasını dayandırıb və HƏMAS-ın ABŞ prezidentinin elçisi Steven Witkoff-un atəşkəsi uzatmaq planını qəbul etməkdən imtina etməsini əsas gətirərək bütün keçid məntəqələrini bağlayıb. Martın 18-də İsrail ordusu Qəzza zolağında HƏMAS-ın hədəflərinə zərbələr endirməyə başlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 07 Aprel 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri