Icma.az
close
up
RU
QHT Agentliyi 4 ildə 2214 layihəyə pul ayırıb HESABAT

QHT Agentliyi 4 ildə 2214 layihəyə pul ayırıb HESABAT

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aprelin 18-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 4 illik fəaliyyətinə dair mətbuat konfransı keçirib.
Modern.az-ın məlumatına görə, Agentliyin icraçı direktoru Aygün Əliyeva bildirib ki, qurum 2021-ci il aprelin 19-da yaradılıb, fəaliyyət göstərdiyi dövr ərzində keçirdiyi qrant müsabiqələri üzrə Azərbaycan QHT-lərindən daxil olmuş 3965 layihə təklifinə baxılıb, onlardan 2214-ü maliyyələşdirilib. Ötən 4 il ərzində Agentliyin donorluğu ilə Azərbaycan QHT-ləri 36 ölkədə 80 dəfə beynəlxalq tədbirlərə qatılıb və konfranslar təşkil edib. Son 4 ildə Azərbaycan QHT-lərinin təşəbbüslərinin dəstəklənməsinə Agentlik tərəfindən ümumilikdə, 22 milyon manata yaxın vəsait ayrılıb.
 

Aygün Əliyeva vurğulayıb ki, Agentliyə QHT-lərin təqdim etdiyi layihələrin sayında son müsabiqədə rekord qeydə alınıb – ümumilikdə, 915 QHT-nin müraciətinə baxılıb. Layihələrin keyfiyyəti son 2 ildə xeyli yüksəlib, 2023-cü ildə Agentliyin yeni qrant müsabiqəsi qaydalarının müəyyən olunması və yeni elektron xidmətlərin tətbiqi bu sahədə dönüş yaradıb. Qurum fəaliyyətində şəffaflığın, hesabatlılığın və səmərəliliyin artırılması, eyni zamanda QHT-lərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərin daha əlçatan olması məqsədilə 2023-cü ildən etibarən elektron xidmətlər portalını istifadəyə verib.
 

Agentliyin informasiya kommunikasiya məsələləri üzrə meneceri Fatimə Əbdüləzimova qeyd edib ki, hazırda Agentliyin elektron xidmətlər portalı çərçivəsində bir neçə vacib proqram təminatı məhsulu fəaliyyət göstərir, QHT-lərlə qrantlara dair bütün sənəd işləri yalnız elektron xidmətlər portalı vasitəsilə aparılır. Qarşıdakı dövrdə elektron portalda plagiat layihələrin daha çevik aşkarlanması, layihələrin icrası dövründə monitorinq və nəzarət tədbirlərinin daha da gücləndirilməsi üçün əlavə funksiyalar işə düşəcək.
 

Agentliyin departament müdiri Elnur Bağırlı hesabat dövründə 5 dəfə QHT-lərin İnkişaf və Mübadilə Proqramlarının təşkil edildiyini, Mingəçevir, Naftalan, Bakı, Naxçıvan, Şamaxı şəhərlərində keçirilmiş bu proqramları uğurla başa vurmuş 500-dək QHT-nin sertifikatlarla təltif edildiyini diqqətə çatdırıb.
Bu il isə QHT-lərin İnkişaf və Mübadilə Proqramının ilk dəfə Böyük Qayıdışın baş verdiyi azad edilmiş ərazilərdə - Şuşa şəhərində keçirilməsi planlaşdırılır.
 

Mətbuat konfransında o da vurğulanıb ki, COP29 dövründə Agentliyin donorluğu ilə Yaşıl Zonada yerli QHT-lər üçün ödənişsiz konfrans zalı fəaliyyətdə olub, COP29 zamanı həmin Milli QHT Pavilyonunda 54 konfrans keçirilib, bu tədbirlərdə ümumilikdə 2500 nəfərdən çox QHT təmsilçisi iştirak edib ki, onların da 70%-indən çoxu COP29-da iştirak edən xarici QHT nümayəndələri olub.
Qeyd edilib ki, aprelin 28-də Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək.
 

O da qeyd olunub ki, Agentlik regional miqyaslı layihələrin də icrasına başlayıb. 2025-ci ilin martında Bakıda İraq, Suriya və Türkiyədən olan türkman QHT-lərinin forumu təşkil olunub. Forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzura da səfər etmiş türkman vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycandan yüksək təəssüratlarla ayrılıb.
 

Türk dünyası ilə genişləndirilən fəaliyyətin davamı olaraq, qarşıdakı dövrdə Azərbaycan və Özbəkistan QHT-ləri üçün iki qardaş dövlətin ilk dəfə birgə qrant müsabiqəsinin elan olunması gözlənilir, bu istiqamətdə müvafiq iş aparılır.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva sonda onu da bildirib ki, bu il Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun Xankəndidə keçirilməsi nəzərdə tutulur, azad edilmiş ərazilərdə fəaliyyət gücləndiriləcək.
 

Toplantıda həmçinin Agentliyin yeni loqotipi ictimaiyyətə təqdim edilib. Qurumun media məsələləri üzrə meneceri Ülviyyə Qarayeva loqotipin Agentliyin fəaliyyətinin əsas qayəsinə, fəlsəfəsinə uyğun hazırlandığı bildirib, məna açılışlarını izah edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Aprel 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see326

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see325

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see323

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see264

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see257

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see256

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see253

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see250

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see249

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see236

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see208

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see207

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri