Icma.az
close
up
RU
QHT Milli Xalça Muzeyinə ekskursiya təşkil etdi FOTOLAR

QHT Milli Xalça Muzeyinə ekskursiya təşkil etdi FOTOLAR

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” İctimai Birliyi Milli Xalça Muzeyinə ekskursiya təşkil etdi.

"Cebheinfo.az" xəbər verir ki, “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” ictimai birliyi (TTXMİDİB) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və Bakıdakı Yunus Əmrə İnstitutunun tərəfdaşlığı ilə artıq iki aydır ki, toxuculuq və ebru sənəti bu sahələrə maraq göstərən uşaq evlərindən olan gənc qızlara, 1-ci və 2-ci qrup fiziki qüsurlu xanımlara, evdar, işsiz qadınlara, məktəblilərə yüksək ixtisaslı sənətkarlar tərəfindən  kurslar şəklində tədris edilib öyrədilməkdədir.

Layihədə nəzərdə tutulmasa da, bu yaxınlarda layihə rəhbəri və ictimai birliyin sədri Zərnişan Azayeva şəxsi təşəbbüsü ilə kurs iştirakçılarının Milli Xalça Muzeyinə ekskursiyasını təşkil etdi. Muzeyin rəhbərliyi ictimai birlik tərəfindən öncədən rəsmi məktubla məlumatlandırılmışdı, onlar üçün xüsusi ekskursavod ayrılmışdı. Muzeydə azərbaycanlılara və digər türk xalqlarına məxsus qədim toxuculuq sənəti nümunələri - xalçalar, kilimlər, şəddələr, müxtəlif dövrlərə məxsus məişət əşyaları, mis qablar, milli geyim dəstləri, kələğayılar, rəsm sənəti nümunələri  öyrənməyə  böyük həvəs  göstərən xanımlar üçün  çox maraqlı oldu.

Muzeyi ziyarət edəndən sonra şəhərə gəzinti təşkil edildi. Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya, gəzinti sənətsevər xanımların ürəyincə oldu, hamısı Milli Xalça Muzeyində ilk dəfə olduqlarını bildirdilər və layihə rəhbərinə təşəkkür etdilər.

Qeyd edək ki, “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” ictimai birliyinin sədri Zərnişan Azayeva Əməkdar jurnalistdir, uzun illər dövlət televiziyası olan AzTV-də böyük redaktor kimi fəaliyyət göstərmiş, dəfələrlə Milli Xalça Muzeyindən Azərbaycan incəsənəti və mədəniyyətinin, qədim toxuculuq sənətimizin dünya miqyasında tanıdılması, təbliği məqsədi ilə geniş formatlı verilişlər, sənədli filmlər hazırlamışdır.

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Avqust 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri