Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya təşkil olunub
Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı tərəfindən Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya təşkil olunub.
Ekskursiyada rayon təşkilatının əməkdaşları, partiya fəalları və könüllülər iştirak edib. Ekskursiyanın əsas məqsədi iştirakçıları Azərbaycan hərb tarixinin zəngin irsi, xalqımızın qəhrəmanlıq salnaməsi və Silahlı Qüvvələrimizin keçdiyi şərəfli inkişaf yolu ilə yaxından tanış etmək olub.
Muzeydə nümayiş etdirilən eksponatlar, tarixi sənədlər, müxtəlif dövrlərə aid silah nümunələri və hərbi atributlar böyük maraqla qarşılanıb. Ekskursiya zamanı Azərbaycan xalqının qədim dövrlərdən günümüzədək keçdiyi şərəfli döyüş yolu, Vətənimizin müdafiəsi uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın igidlikləri haqqında ətraflı məlumat verilib.
İştirakçılar həmçinin Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Ordusunun formalaşması və inkişafı istiqamətində həyata keçirdiyi mühüm tədbirləri, eləcə də müstəqil Azərbaycanın hərbi quruculuq siyasətinin əsaslarını əks etdirən materiallarla tanış olublar.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiə qüdrəti əhəmiyyətli dərəcədə möhkəmləndirilib, ordumuz regionun ən güclü silahlı qüvvələrindən birinə çevrilib. 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə qazanılmış tarixi Zəfərlər Rəşadətli Azərbaycan Ordusunun yüksək peşəkarlığının, vətənpərvərliyinin və dövlətimizin gücünü dünyaya bir daha nümayiş edib.
Ekskursiya çərçivəsində muzeyin açıq hava məkanında nümayiş etdirilən hərbi texnika nümunələri ilə də yaxından tanışlıq olub. İştirakçılara müxtəlif dövrlərdə Azərbaycan Ordusunun istifadəsində olmuş tanklar, zirehli döyüş maşınları, artilleriya qurğuları və digər hərbi texnikalar barədə ətraflı məlumat verilib.
Nəticə olaraq ekskursiya iştirakçılarda milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və hərbi-vətənpərvərlik ruhuna bağlılığın daha da möhkəmlənməsinə, gənc nəslin milli ruhda tərbiyəsinə mühüm töhfə verib.
Ekskursiyanın sonunda xatirə şəkilləri çəkdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 23 İyun 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















