Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

Hərb Tarixi Muzeyinə media tur təşkil edilib FOTOLAR

Hərb Tarixi Muzeyinə media tur təşkil edilib FOTOLAR

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Ordusunun yaradılmasının 107-ci ildönümü münasibəti ilə Müdafiə Nazirliyi Azərbaycan Hərb Tarixi Muzeyinə media-tur təşkil edib.

“Cebheinfo.az” xəbər verir ki, öncə Ümummilli Lider Heydər Əliyevin, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi - Mətbuat katibi polkovnik Anar Eyvazov Azərbaycan Ordusunun yaranma tarixi, keçdiyi yol və hazırkı vəziyyəti barədə media-tur iştirakçılarına məlumat verib.

Bildirib ki, Azərbaycan Ordusunda tədbirlər uğurla həyata keçirilir. Qeyd olunan dövr ərzində Azərbaycan ordusunda hərbi qulluqçuların peşəkarlığının artırılması, döyüş hazırlığının daha da yüksəlilməsi məqsədilə ona uyğun təlim, məşqlər və toplanışlar keçirilib. Təlimlərə cəlb edilən hərbi qulluqçular öz funksional vəzifələrinin praktik icrasında təcrübə qazanır, bilik və bacarıqlarını təkmilləşdirirlər.

Anar Eyvazov qeyd edib ki, Azərbaycan və müxtəlif dövlətlərin iştirakı ilə ümumilikdə 14 birgə beynəlxalq təlim keçirilib:

“Hesabat dövründə, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində ehtiyyata çağırılan 4600-dən çox hərbi vəzifəli təlim toplanışlarına cəlb edilib. Cari ilin birinci yarım ili ərzində peşəkar kadr heyətinin təkmilləşdirilməsi müxtəlif sahələrdə mütəxəssislərin ixtisas hazırlığının artırılması, müasir texnoloji yenilikərin öyrənilməsi, eyni zamanda qarşılıqlı təcrübə mübadiləsi məqsədilə aidayyəti şəxsi heyət və ölkə daxilində və xaricdə təşkil edilmiş beynəlxalq təlim seminar, konfrans və kurslara cəlb edilməkdədir”.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun kibertəhlükəsizlik, dövlət sirrinin qorunması, rəqəmsal savadlılığın artırılması, eləcə də informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə Müdafiə Nazirliyinin baş idarə, idarə və xidmətlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, həmçinin hərbi hissələrində mütəmadi profilaktik tədbirlər və kiber gigiyena mövzusunda seminarlar keçirilib:

“Ordumuzu mərkəzləşdirilmiş informasiya texnologiya və şəbəkələrinin kiber təhlükəsizliyin təmin edilməsi məqsədi ilə gündəlik monitorinq və hadisələrin analizi aparılır. Elektron xidmətlərin son istifadəçilərə əlçatanlığı, məlumatların ötürülməsi və emalı zamanı təhlil olunması üçün xüsusi proqram, texniki vasitələrinin köməkliyi ilə kiber təhdid və təhlükələrə qarşı qabaqlayıcı tədbirlər görülür.

Ordu quruculuğu istiqamətində aparılanan uğurlu islahatlar nəticəsində cari ilin birinci yarısında hərbi təhsil sahəsində də müasir texnologiya yeniliklərin tədbiqi ilə bir çox uğurlu işlər görülüb. Bundan başqa, azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, yeni yolların çəkilməsi və digər hərbi infrastrukturların yaradılması ilə bağlı mühəndis tədbirləri icra olunur”.

Anar Eyvazov bildirib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə Nazirliyinin kommunikasiya strategiyasının tələblərinə uyğun olaraq, bu ilin I yarımilində də müvafiq tədbirlər icra olunub.

Həmin bu müddət ərzində Müdafiə Nazirliyyinin rəsmi veb saytına 300-dən artıq rəsmi məlumat yerləşdirilib. Həmçinin jurnalistlər tərəfindən çəkilişlərin aparılması üçün Müdafiə Nazirliyinə 130-dan artıq müraciət daxil olub. Çəkilişlərin aparılması üçün həmin şəxslərə köməkik edilib. Eyni zamanda, Müdafiə Nazirliyinin “qaynar xətti”nə, veb-saytına, sosial şəbəkə hesablarına daxil olan 36 mindən çox vətəndaş müraciəti araşdırılaraq cavablandılıb.

Daha sonra Azərbaycan Ordusunun keçdiyi yoldan bəhs edən video nümayiş olunub.

Vətən müharibəsi iştirakçısı, Quru Qoşunları mənsubu çavuş Elməddin Ağayev APA-ya bildirib ki, Azərbaycan Ordusunun yaradılmasının növbəti ildönümü hər il olduğu kimi indi də böyük təntənə ilə qeyd edilir:

“Eyni zamanda, dünya azərbaycanlıları torpaqlarımızın işğaldan azad edilməsində qürur hissi keçirir. Bu il həm də digər əlamətdar hadisələrlə yadda qalır. Suverenliyimizin, ərazi bütöblüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsindən 5 il, antiterror əməliyyatı da daxil olmaqla "Qisas", "Fərrux”, "Qətiyyətli cavab" əməliyyatlarının da ildönümləri qeyd olunur.Qürurluyuq ki, Ümummilli Lider Heyder Əliyevin təməlini qoyduğu müasir ordu quruculuğu prosesi Müzəffər Ali Baş Komandan tərəfindən uğurla davam edir”.

İkinci Qarabağ müharibəsi iştirakçısı, Quru Qoşunları mənsubu gizir Hüseyn Mehdiyev isə bunları bildirib: “Ali Baş Komandanın döyüş əmrini icra edərək xalqımızın arzusunu təmin etdiyimizə və yurd həsrətinə son qoyduğumuza görə fəxr edirik. Bu gün Ali Baş Komandanın qayğısının və xalqın dəstəyinin bizə verdiyi əlavə güc və inam sayəsində vətənimizin keşiyində ayıq-sayıq dayanırıq, torpaqlarımızı göz bəbəyimiz kimi qoruyuruq. Bütün ordu mənsubları, hər bir döyüşçü, şəxsən mən özüm də əməyimizə verilən yüksək qiymətə görə dövlətimizə və Müzəffər Ali Baş Komandana minnətdarıq. Qürur duyuram ki, hazırda xidmət etdiyim ərazilərdə bərpa-quruculuq işləri yüksək templə davam edir, vətəndaşlarımız ata-baba yurduna qayıdır. İşğaldan azad edilmiş ərazilərdə xidmət etmək əsgər ve zabitlər üçün həm böyük məsuliyyət, həm də qürur mənbəyidir”.

Media nümayəndələri sonda muzeylə tanış olub.

“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 İyun 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri