QHT “Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə yaşıl sərmayənin cəlbi” layihənin icrasına başlayıb
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
2025-ci il may ayının 1-dən etibarən İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə yaşıl sərmayənin cəlbi” layihəsinin icrasına başlayıb.
"Cebheinfo.az" xəbər verir ki, layihənin məqsədi, Birliyimizin geniş əlaqələrinin olduğu Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına “yaşıl investisiya yatırımları” barədə məlumat verməklə, bu regionların dirçəldilməsinə sərmayə cəlbində ictimai dəstək göstərməkdir. Layihənin uğurla icrası üçün BƏƏ-də İslam Bankçılığı və İqtisadiyyatı Mərkəzi, Bəhreyn üzrə İslam Maliyyəsi Qurumları üçün Mühasibat Uçotu və Audit üzrə Təşkilat (AAOIFI), eləcə də Türkiyənin Katılım Bankaları Birliyi kimi qurumlarla əməkdaşlıq ediləcək, bu ölkələrdə investisiya təşkilatları, banklar və ictimai təşkilatlarla görüşlər təşkil olunacaqdır.
Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarının pasportları və mövcud statistik-faktiki sənədlər əsasında masaüstü tədqiqat aparılacaq, “Regionun yaşıl investisiya imkanları” toplusu hazırlanacaqdır. Bu toplu, həmin ölkələrdə birliyimizin tərəfdaşları olan beynəlxalq QHT-lərin dəstəyi ilə biznes strukturları ilə keçiriləcək ikitərəfli və çoxtərəfli görüşlərdə, eləcə də dəyirmi masalarda təqdim ediləcəkdir.
Maraqlı tərəflərlə gələcək konkret əməkdaşlıq istiqamətləri müzakirə ediləcək, onlar Azərbaycanın müvafiq dövlət, özəl və ictimai qurumları ilə əlaqələndiriləcəklər. Bu, həm də Şərqi Zəngəzur və Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və regionun gələcək inkişafına dost ölkələrin özəl və ictimai təşkilatları ilə birgə töhfə verilməsi baxımından əhəmiyyətlidir.
Layihə 31 oktyabr 2025-ci il tarixinədək davam edəcək.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 12 May 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















