Icma.az
close
up
RU
“Qаrаbağ və Şərqi Zəngəzurun dirçəldilməsinə “Yaşıl Sərmayə”nin cəlbi” layihəsinin yekun hesabatı təqdim olundu

“Qаrаbağ və Şərqi Zəngəzurun dirçəldilməsinə “Yaşıl Sərmayə”nin cəlbi” layihəsinin yekun hesabatı təqdim olundu

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

2025-ci il oktyabrın 23-də “İslam Maliyyə Forumu-2025” mövzusunda forum keçirilib.

QHT.az xəbər verir ki, tədbir İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (SER) təşəbbüsü, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi, Azərbaycan Respublikası Mərkəzi Bankının, AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM), AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Türkiyə Katılım Bankalar Birliyinin (TKBB), AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA və MÜSİAD Azərbaycanın birgə tərəfdaşlığı ilə baş tutub.

Tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, UNEC-in Tələbələrlə iş üzrə prorektoru i.e.n., dos. Səadət Qəndilova, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, millət vəkili Ceyhun Məmmədov, Mərkəzi Bankın Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov, , T.C. Cumhurbaşkanlığı Yatırım və Finans Ofisi Finans Dairesi Başkanı Dr. Tarık Akın, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva və İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, i.f.d. Ruslan Atakişiyev çıxış ediblər

Tədbirin “İslam ölkələrinin iqtisadi resursları” II sessiyasına i.e.d. Aqil Əsədov moderatorluq edib. Həmin sessiyada i.f.d. Ruslan Atakişiyev Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə yaşıl sərmayənin cəlbi” layihəsinin yekun hesabatını təqdim edib.

Ruslan Atakişiyev öz çıxışında postmüharibə dövründə regionun iqtisadi inkişafına töhfə verəcək “yaşıl sərmayə” modelinin əhəmiyyətindən danışıb, bu istiqamətdə həyata keçirilən beynəlxalq əməkdaşlıq təşəbbüslərini diqqətə çatdırıb. O, layihə çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində, Bəhreynin Manama və Türkiyənin İstanbul şəhərində aparılmış görüşlər və danışıqlar barədə məlumat verib, bu görüşlərin nəticəsində yaranan əməkdaşlıq perspektivlərini təqdim edib.

Təqdimat zamanı Qarabağ və Şərqi Zəngəzurun ekoloji dayanıqlı iqtisadi inkişafı, “yaşıl enerji” və innovativ sərmayə layihələrinin bölgənin gələcək inkişaf strategiyasında mühüm yer tutduğu vurğulanıb. Sessiya iştirakçıları bu təşəbbüsün İslam ölkələri arasında iqtisadi həmrəyliyin və ekoloji məsuliyyətin gücləndirilməsi baxımından əhəmiyyətini yüksək qiymətləndiriblər.

Tədbirdə dövlət qurumlarının, ali təhsil müəssisələrinin, maliyyə institutlarının və qeyri-hökumət təşkilatlarının və media nümayəndələri nümayəndələri iştirak ediblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkli çəkilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Oktyabr 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri