QHT “Regionlarda dayanıqlı ekoturizmin inkişafına dəstək” mövzusunda ictimai müzakirə keçirib FOTOLAR
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
“Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyi Quba rayonu Qəçriş kəndinin bir qrup ailələrinin nümayəndələri ilə “Regionlarda dayanıqlı ekoturizmin inkişafına dəstək” mövzusunda ictimai müzakirə keçirilib.
Tədbiri giriş sözü ilə açan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova reqionlarda ekoturizmin inkişafı ilə bağlı məlumat verdi. Onun sözlərinə görə, son illər insanlar arasında kənd turizmə maraq daha da artığını vurğuladı.
“Ekoturizm çərçivəsində hesab edilən kənd turizmi insanların sahilyanı ərazilərdə cəmləşməsinin qarşısını almaq, kənd yerlərinin iqtisadi inkişafına təkan vermək və şəhər həyatından sıxışan insanların qaçışını təmin etmək üçün təklif edilir. Kənd turizmi iştirakçılarına kənd evlərində yerləşmə təklif olunur ki, bu da onlara meyvə-tərəvəz və ya dərman bitkiləri yığmaq, torpağı çapalamaq, süd sağmaq, ənənəvi yerli yeməklərin hazırlanması, yerli sənətkarlıq nümunələrini öyrənmək və ya onlara riayət etmək, yerli adət-ənənələrdə iştirak etmək kimi gündəlik işlərinə vaxt ayırmağa imkan verir. Bu, ziyarətçilərə şəhər həyatının çirklənməsindən və stressindən xilas olmaq, kənd həyatı haqqında bilik və təcrübə əldə etmək, regionun sosial-iqtisadi inkişafına töhfə vermək imkanı verir”.
Tədbirdə çıxış edən Quba rayon Turizim İdarəsinin nümayəndəsi Azər Səfərov kənd sakinlərinə həm turizmin inkişafı ,həm də turizm ilə bağlı təkliflər irəli sürdü:
“Quba rayon turizm idarəsinə müraciət edərək bu sahədə sizlərə hər cür köməklik göstəriləcək. Yetər ki, siz öz təkliflərinizi irəli sürün. Turizm idarəsində lazım gələrsə sizlərə təlimlər və məsləhətlər veriləcək,bu sahəni inkişaf etdirmək üçün köməkliklər göstəriləcəkdir".
İradə Həsənova ətraf mühitin qorunması ilə bağlı da fikirlər söylədi.
Qəçriş kənd nümayəndəsi Fuad Yunusov çıxış edərək kənddə turizmin inkişafına ehtiyac olduğunu və insanlar arasında düzgün maarifləndirmə işlərinin aparılmasını vurğuladı.
Sonda kənd sakinləri arasında müzakirələr aparıldı və Quba rayon Turizm İdarəsinə müraciətlər təklif etdilər.
"Cebheinfo.az"


