Icma.az
close
up
RU
QHT sədrinin şok əməli: Yas məclisində qadınla tanış oldu, pulunu alıb vəd verdi

QHT sədrinin şok əməli: Yas məclisində qadınla tanış oldu, pulunu alıb vəd verdi

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Ali Məhkəmədə "Yeni Baxış" İctimai Nəzarət Təşkilatının sədri Şahvələd Əsgərovun barəsində olan cinayət işinə baxılıb.

Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, o, Elm və Təhsil Nazirliyi Şəki-Zaqatala Regional Təhsil İdarəsi Şəki sektorunda metodist vəzifəsində işləyən Ülviyyə İslamovadan 20 min manat alıb.

O, Ülviyyə İslamovanı vəzifəyə təyin etdirəcəyinə söz verib.

Təşkilat sədri 2022-ci ildə qadından 200 min manat istəyib, 20 min manat beh alıb, iş düzələndən sonra isə ondan daha 180 min alacağı barədə razılaşıb. Bu pulun müqabilində onu Elm və Təhsil Nazirliyi Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri təyin etdirəcəyinə vəd edib.

İstintaq orqanı tərəfindən Şahvələd Əsgərovun barəsində Cinayət Məcəlləsinin 29,178.3.2-ci (külli miqdarda dələduzluq törətməyə cəhd) maddəsi ilə ittiham verilib.

"Bu işin imtahanla həll olduğunu söylədim"

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Şahvələd Əsgərov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, zərərçəkmiş Ülviyyə ilə Şəki şəhərində restoranların birində keçirilən iclas zamanı tanış olub:

"Ülviyyə orada öz əri ilə iştirak edirdi. Arvadım onkoloji xəstəydi, onun əməliyyatı üçün pul lazım olduğuna görə Qazax rayonunda yaşayan qayınatamgilə pul istəməyə getməyi nəzərdə tutmuşdum.

Ülviyyə də ona pul lazım olduğunu bildirdi. Evini girov qoyaraq təhsil şöbəsinə müdir keçmək üçün bankdan pul götürmək istədiyini dedi. Ona heç kimə pul verməməyi məsləhət gördüm, bu işin imtahanla həll olduğunu söylədim".

Təqsirləndirilən şəxs qeyd edib ki, o, Ülviyyədən 20 min manat borc alıb: "Daha sonra getdiyim rayondan 10 min manat tapdığıma görə onun 10 minini geri qaytardım. Qalan hissəni qaytara bilmədiyimə görə məndən şikayət etdi".

"Müdir keçmək üçün yüksək məbləğ lazımdır"

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq ifadəsi elan olunub. O, ifadəsində göstərib ki, 2022-ci ilin təxminən aprel-may ayında dostları Aydın və Əlimirzə ilə birlikdə Nərminə Hacızəkəryəyevanın qohumunun yas mərasimində iştirak etmək üçün Şəki şəhərinə gedib:

"Nərminə Hacızəkəryəyevanın evində qonaq qaldığımız zaman onun rəfiqəsi Ülviyyə Şəki Zaqatala Regional Təhsil İdarəsinə müdir keçmək istədiyini bildirdi. Ona hazırkı işində qalmağı məsləhət görsəm də, təkidlə həmin vəzifəyə keçmək istədiyinə dedi. Ona bu məsələylə maraqlanıb bir cavab verəcəyimi söylədim.

Bildirdim ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir keçmək üçün yüksək məbləğ lazımdır və bu məbləğə gücü çatmayacaq. Ülviyyə isə nə qədər pul lazım olsa, düzəldəcəyini dedi, mobil telefon nömrəmi götürdü".

"10 000 manatı ərinə qaytardım"

Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri gün Ülviyyə Nərminə müəllimənin evinə gəlib və onu çölə çağırıb: "Mənə 20 000 manat pul verdi. Pulu götürdüm, istədiyi işi düzüb-qoşmağa çalışacağımı bildirdim.

Pulu alanda yanımızda heç kim yoxuydu. Dostlarım Aydın və Əlimirzə ilə birlikdə Nərminə müəllimənin qohumunun yas mərasimində iştirak etdikdən sonra birlikdə Tovuz rayonuna getdik.

Tovuzda olarkən Ülviyyə zəng etdi, verdiyi pulun 10 000 manatını qaytarmağımı xahiş etdi. Mən də etiraz etmədim. Tovuz rayonundan qayıdan zaman Yevlax rayonu ərazisində yolüstü 10 000 manatı Ülviyyənin ərinə qaytardım".

"Məndən pulu geri istədi"

Şahvələd Əsgərovun sözlərinə görə, Bakıya qayıdandan sonra Ülviyyənin iş məsələsi ilə maraqlanıb: "Yaxın adam tapa bilmədiyimə görə işi həll edə bilmədim. Pula ehdiyacım olduğu üçün Ülviyyədən aldığım pulu xərclədim.

Bir müddət sonra Ülviyyə zəng etdi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinə yeni müdir təyin olunduğunu bildirdi. Bu səbəbdən mənə verdiyi pulu geri istədi. Xərclədiyim üçün onun pulunu qaytara bilmədim.

Ülviyyəyə pulun məndə qalmasını, onu Şəki Təhsil Şöbəsinə müdir keçməsinə kömək edəcəyimi dedim. Onun işini yenə həll edə bilmədim. Aldığım pulu da qaytarmaq imkanım olmadı.

Ayrı-ayrı vaxtlarda 2000 manat, daha sonra isə 3 dəfəyə də 400 manat zərərçəkmişin kartına göndərmişəm".

"Müdir keçmək istəmişəm"

İş üzrə zərərçəkmiş qismində ifadə verən Ülviyyənin sözlərinə görə, ibtidai sinif müəlliməsi ixtisası üzrə təhsil alıb: "2007-ci ildən müəllim kimi işləmişəm, 2017-ci ildən isə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki Sektorunda metodist vəzifəsində işləmişəm.

2022-ci ildə yaradılmış Şəki Zaqatala Regional Təhsil İdarəsinə müdir keçmək istəmişəm. Həmin idarəyə müdir təyin olunmaq üçün Təhsil Nazirliyində rəhbər vəzifədə işləyən tanış lazım olduğunu eşitmişdim".

Ülviyyə bildirib ki, 2022-ci ilin may ayının əvvəllərində yaxın rəfiqəsi Nərminə Hacızəkəriyyəyeva vasitəsilə Şəki şəhərində Şahvələd Əsgərovla görüşüb:

"Şahvələd hansısa şirinlik müqabilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir vəzifəsinə təyin olunmağıma köməklik edəcəyini, müdir keçməyim üçün əvvəl 200 min, sonra 70 min, daha sonra 50 min manat lazım olacağını bildirdi. Şahvələdə o qədər pulum olmadığını dedim. Sonra 20 min manata razılaşdıq.

Mayın 17-də banka evimi girov qoydum və 30 min manat götürdüm. Ertəsi gün bu pulun 20 min manatını Nərminə Hacızəkəriyyəyevanın evində Şahvələdə verdim.

Şahvələd pulu aldıqdan sonra narahat olmamağı, tezliklə işi həll edəcəyini dedi. Pulu verdikdən təxminən iki gün sonra Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir təyin olunması barədə xəbər çıxdı. Bundan sonra Şahvələdə zəng etdim və Şəki-Zaqatala Regional Təhsil İdarəsinə müdir təyin olunduğunu, nə üçün məni aldatdığını soruşdum. Şahvələd hələ müdir təyin olunmadığını, həmin vəzifənin mənə aid olduğunu dedi. Bildirdim ki, saytlara bax, özün görəcəksən. O, saytlara baxıb, xəbərin doğru olduğunu bildi".

"Əmrimin hazır olduğunu dedi"

Zərərçəkmişin sözlərinə görə, daha sonra Şahvələd Əsgərovdan pulunu istəyib: "O, pulun hələlik onda qalmasını, məni Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki Sektoruna müdir təyin etdirəcəyini bildirdi.

Şahvələdə bankdan kredit götürərək ona verdiyimi, hazırda krediti ödəyə bilmədiyimi dedim, xahiş etdim ki, kreditin bir hissəsini ödəmək üçün pulun 10 min manatını qaytarsın. Şahvələd bununla razılaşdı, Qazax rayonundan gəldiyini, Yevlax rayonunda görüşərək pulu verəcəyini bildirdi.

Ərim qeyd edilən vaxtda Yevlax rayonuna getdi, Şahvələddən 10 min manatı götürdü. Təxminən 6-7 ay sonra Şəki sektoruna yeni müdir təyin olundu. Ötən müddət ərzində Şahvələd hər dəfə narahat olmamağı, işin düzülməsi üçün söz verildiyini bildirdi. Mən də Şahvələdə inandım, onu gözlədim.

Artıq sektor müdiri təyin olunduğundan Şahvələdin məni aldatdığını, pulumu ələ keçirdiyini başa düşdüm. Bundan sonra ona zəng etdim, qalan 10 000 manatımı istədim. Şahvələd narahat olmamağımı, sektora müdirin müvəqqəti təyin olunduğunu, həmin şəxsi qısa müddətdə nazirlikdə vəzifəyə qoyacaqlarını, sonra mənim müdir təyin ediləcəyimi söylədi.

Mən yenə ona inandım. Hər dəfə Şahvələdə zəng edəndə əmrimin hazır olduğunu, qısa müddətə təsdiq olunacağını söyləyirdi".

"Şikayətim olmayacaq"

Ülviyyə qeyd edib ki, daha sonra Şahvələd Əsgərovun barəsində ərizə ilə hüquq-mühafizə orqanlarına müraciət edib:

"Mənə dəymiş ziyandan 3 450 manat qalıb. Həmin məbləği də ödədikdən sonra təqsirləndirilən şəxsə qarşı şikayətim olmayacaq".

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əsgərovun əməli Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsinə tövsif edilib. Ona 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası verilib.

Təqsirləndirilən şəxsin üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək vəzifəsi qoyulub.

Hökmdən narazı qalan dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 29,178.2.3-cü maddəsi ilə təqsirli bilinməsini, həmin maddədə nəzərdə tutulmuş cəza təyin olunmasını istəyib.

Həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən də apellyasiya şikayəti verilib. Müdafiəçi onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hər iki şikayətə Şəki Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə həm dövlət ittihamçısının protestini, həm də təqsirləndirilən şəxsin müdafiəçisinin şikayətini təmin etməyib.

Bu qərardan Ali Məhkəməyə kasasiya şikayəti və protesti verilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, həm dövlət ittihamçısının kasasiya protesti, həmdə təqsirləndirilən şəxsin müdafiəçisinin şikayəti təmin olunmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 İyun 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see180

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see142

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see135

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see130

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see121

Azərbaycan şahmatçısının Münhendə dördüncü qələbəsi

12 İyun 2025 10:25see120

Dəniz xiyarlarında aşkar olunan şəkər xərçəngə qarşı perspektivli vasitə kimi qiymətləndirilib

12 İyun 2025 08:17see120

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see119

“Qarabağ”da üç vida Əsas futbolçular getdi+Rəsmi

11 İyun 2025 22:13see118

Çindən olan 92 yaşlı nənə hər gün 200 təkan edir...

12 İyun 2025 23:07see117

Beynəlxalq Əmək Təşkilatı: dünyada 137 milyon uşaq əməyə cəlb olunub

12 İyun 2025 08:41see117

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see117

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see116

Fikrət Sadığın anadan olmasının 95 ci ildönümü qeyd olundu Fotolar

11 İyun 2025 20:40see114

İstanbulda zəzlələ olub 3,5 bal gücündə

12 İyun 2025 06:45see114

Fransa şirkəti ilə alüminium sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

12 İyun 2025 22:19see114

G7 liderləri fikir ayrılığı səbəbindən sammitdən sonra ayrı ayrı bəyanatlar verəcəklər

13 İyun 2025 01:28see114

Uşaq düşərgələri bahalaşdı, biletlər yoxa çıxır Ailələr çıxılmaz vəziyyətdə

11 İyun 2025 18:41see114

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see112

Gələcəkdə yazılmış kitab

12 İyun 2025 09:16see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri