Icma.az
close
up
RU
QHT “Səssiz Xəbərdarlıq” layihəsinə start verib

QHT “Səssiz Xəbərdarlıq” layihəsinə start verib

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi tərəfindən “Səssiz Xəbərdarlıq” – fövqəladə hallar zamanı səssiz, vizual xəbərdarlıq adlı layihəyə start verilib.

Təşkilat sədri və layihə rəhbəri Cəmilə Çingizqızı  QHT.az -a açqılmasında bildirib ki, layihənin əsas məqsədi fövqəladə hallar zamanı eşitmə məhdudiyyətli şəxslərin təhlükəsizliyini təmin etmək, onların operativ və düzgün məlumat almasına şərait yaratmaq, həmçinin bu sahədə mövcud boşluqları aradan qaldırmaqdır. Məlum olduğu kimi, fövqəladə vəziyyətlərdə verilən səsli xəbərdarlıqlar eşitmə məhdudiyyətli şəxslər üçün əlçatan olmur və bu da onların həyat və sağlamlığı üçün ciddi risklər yaradır. “Səssiz Xəbərdarlıq” layihəsi məhz bu problemi həll etməyə yönəlib.

3 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində fövqəladə hallar zamanı eşitmə məhdudiyyətli şəxslərin davranış qaydaları, təhlükəsizlik tədbirləri və düzgün reaksiyalar barədə geniş maarifləndirmə işi aparılacaq.

Bu istiqamətdə:

vizual və işarət dilində məlumatlandırıcı videolar hazırlanacaq, işarə dili ilə izahlı maarifləndirici materiallar təqdim olunacaq, sosial şəbəkələr və rəqəmsal platformalar vasitəsilə məlumatlar geniş auditoriyaya çatdırılacaq, çap və elektron formada maarifləndirici vəsaitlər hazırlanaraq paylanacaq.

Layihə çərçivəsində həmçinin fövqəladə hallar zamanı istifadə oluna biləcək vizual xəbərdarlıq vasitələrinin təşviqi, inklüziv təhlükəsizlik yanaşmasının təbliği və cəmiyyətin bu mövzuda məlumatlılığının artırılması da nəzərdə tutulur.

Layihə rəhbərinin sözlərinə görə layihənin həyata keçirilməsi eşitmə məhdudiyyətli şəxslərin fövqəladə hallarda daha təhlükəsiz və məlumatlı davranmasına imkan yaradacaq, eyni zamanda dövlət qurumları və cəmiyyət üçün inklüziv yanaşmanın vacibliyini bir daha önə çıxaracaq.

“Səssiz Xəbərdarlıq” layihəsi inklüziv təhlükəsizlik mühitinin formalaşdırılmasına töhfə verməyi və eşitmə məhdudiyyətli şəxslərin həyat keyfiyyətinin artırılmasını hədəfləyir.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azpost.info
archiveBu xəbər 03 May 2026 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri