Icma.az
close
up
RU
QİAD İdarə Heyətinin sədri MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib

QİAD İdarə Heyətinin sədri MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Quba İş Adamlarına Dəstək-QİAD platformasının İdarə Heyətinin sədri Cabbar Heybətovun rəhbərlik etdiyi nümayəndə heyəti MÜSİAD Azərbaycan dərnək mərkəzini ziyarət edib.

Modern.az-ın məlumatına görə, görüşdə İdarə Heyətinin sədri Rəşad Cabirli və İdarə Heyəti üzvləri iştirak edib.  

Görüş zamanı MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli dərnəyin fəaliyyəti və son illərdəki sürətli inkişafı haqqında geniş məlumat verib. "QİAD" İdarə Heyətinin sədri Cabbar Heybətov da öz növbəsində "QİAD"ın strateji hədəfləri, məqsədləri, gələcək planları haqqında məlumat verib. "QİAD"ın gələcək inkişafının dayanıqlı olması üçün MÜSİAD kimi köklü dərnəklərin bilik və təcrübəsindən istifadə olunacağı qeyd olunub.

Daha sonra, regionda fəaliyyət göstərən sahibkarları dəstəkləyərək onların inkişafına və yerli iqtisadi tərəqqiyə töhfə vermək, dayanıqlı və rəqabət qabiliyyətli iş mühitinin formalaşdırılması məqsədilə görüləcək işlər və regionda fəaliyyət göstərən təşkilat və sahibkarlarla əməkdaşlığın əhəmiyyəti, prioritetləri müzakirə edilib.

Görüş zamanı, tərəflər Azərbaycana xarici investisiyaların cəlb olunmasının qarşılarında duran vacib prioritetlərdən biri olduğunu bildiriblər. Rəşad Cabirli Azərbaycanın ticari-iqtisadi baxımdan 10 milyonluq əhalisi olan coğrafiya olaraq deyil, 250 milyondan çox əhalisi olan MDB ölkələrinə çıxış nöqtəsi kimi dəyərləndirilməsinin vacib olduğunu və bölgələrə xarici investisiyaların cəlb edilməsi üçün həmin bölgələr barədə təqdimatların hazırlanmasının önəmini qeyd edib.

Görüşün sonunda hədiyyələr təqdim edilib,qonaqlarla birgə xatirə fotosu çəkilib. MÜSİAD Azərbaycan tərəfindən “QİAD” İdarə Heyəti üzvlərinə Azərbaycanın Türkiyədə, xüsusilə Türk iş adamları arasında tanıdılması məqsədilə nəşr edilən “Azərbaycana gelmek üçün 101 neden” kitabı təqdim edilib. Ziyarətlərinə görə qonaqlarımıza təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Dekabr 2024 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri