Icma.az
close
up
RU
Qida eksperti immuniteti və bağırsaq sistemini gücləndirən məhsullardan DANIŞDI

Qida eksperti immuniteti və bağırsaq sistemini gücləndirən məhsullardan DANIŞDI

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Qış mövsümünə sayılı günlər qalıb. Bu fəsildə orqanizmimiz daha çox qorunmağa ehtiyac duyur. Soyuq hava, qapalı məkanlarda uzun müddət qalmaq və günəş işığının azalması immunitetin zəifləməsinə səbəb olur. Bu baxımdan düzgün qidalanma vacibdir. Qışda immun sistemi gücləndirən əsas qidaların böyük hissəsi həm vitaminlərlə zəngindir, həm də orqanizmin təbii müdafiə mexanizmini aktiv saxlayır".

Bu fikirləri Redaktor.az-a qida eksperti Asim Vəliyev qış mövsümündə immuniteti gücləndirən qidalandan danışarkən bildirdi.

Onun sözlərinə görə, limon, portağal, naringi və qreypfrut immunitet üçün ən yaxşı dəstəkdir:

"Tərkibindəki C vitamini sayəsində soyuqdəymə zamanı orqanizmin mübarizə gücünü artırır. Həmçinin sarımsaq da faydalıdır. Sarımsağın tərkibindəki təbii maddələr orqanizmi viruslara qarşı daha güclü edir. Qışda daha çox istifadə etdiyimiz digər məhsullardan biri də zəncəfildir. Zəncəfil bədəni isidir, boğazı yumşaldır və iltihabı azaltmağa kömək edir. Bir çoxumuz zəncəfili bal ilə birlikdə qəbul edirik. Belə olduqda həm dadı yaxşılaşır, həm də təsiri artır. Bal özü də mövsüm xəstəliklərinə qarşı faydalıdır. Təbii bal boğazı qoruyur, bədəni gücləndirir və yorğunluğu azaldır. Brokoli, ispanaq, kələm və digər yaşıl tərəvəzlər orqanizmi vitamin və minerallarla təmin edir. Onlar həm immun sistemini gücləndirir, həm də orqanizmi toksinlərdən təmizləməyə kömək edir. Sağlam yağlarla zəngin qoz, fındıq və badam da bu aylarda çox faydalıdır. Bu çərəzlərin tərkibindəki omeqa-3 yağ turşuları və E vitamini hüceyrələrin qorunmasına müsbət təsir göstərir. Balıq və digər dəniz məhsulları qış ayları üçün vacib qidalardandır. Omeqa-3 orqanizmi iltihabdan qoruyur və ümumi müqaviməti artırır. Tərəvəz şorbaları və toyuq suyunda hazırlanan şorbalar soyuq günlərdə həm bədəni isidir, həm də immunitetə müsbət təsir edir. Şorbalar orqanizmin maye balansını qoruyur və tənəffüs yollarını rahatlaşdırır. Kəsmik, kefir və qatıq kimi probiotiklərlə zəngin məhsullar isə bağırsaq sistemini gücləndirir. Unutmaq olmaz ki, immunitetimizin böyük hissəsi sağlam bağırsaq mühitindən asılıdır".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Dekabr 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri