Qida subyektlərinin əməkdaşları üçün HACCP təlimi keçirilib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən müxtəlif qida subyektlərinin əməkdaşları üçün qida təhlükəsizliyi standartlarının yüksəldilməsi və xidmət keyfiyyətinin davamlı təmin edilməsi məqsədilə HACCP (Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) sistemi üzrə təlim təşkil olunub.
Bu barədə AZƏRTAC-a AQTİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. AQTİ-də keçirilən təlim zamanı iştirakçılara HACCP-nin düzgün tətbiq edilməsinə, idarəolunmasına, bu sistemlə bağlı qanunvericiliyin tələblərinə və müvafiq sənədlərin hazırlanmasına dair ətraflı məlumat verilib.
Eyni zamanda onlar HACCP prinsipləri, kritik nəzarət nöqtələrinin müəyyənləşdirilməsi, risk analizi və bu sahədə beynəlxalq standartların tələbləri haqqında məlumatlandırılıb, praktiki tapşırıqlar icra ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 19 Noyabr 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















