Icma.az
close
up
RU
Qida təhlükəsizliyi haqqında qanunvericiliyin pozulmasına görə cərimələrə dəyişiklik edilir AZƏRTAC

Qida təhlükəsizliyi haqqında qanunvericiliyin pozulmasına görə cərimələrə dəyişiklik edilir AZƏRTAC

Bakı, 10 dekabr, AZƏRTAC

Qida təhlükəsizliyi haqqında qanunvericiliyin pozulmasına görə cərimələrlə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin dekabrın 10-da keçirilən iclasının gündəliyində yer alıb.

Layihəyə əsasən, qida zənciri obyektlərinin təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə ediləcək.

seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri