Icma.az
close
up
RU
Qida təhlükəsizliyi nədir və ondan xəbərdarıqmı?

Qida təhlükəsizliyi nədir və ondan xəbərdarıqmı?

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Sağlamlıq hamının həyatının mərkəzində dayanan təməl ehtiyacdır. Sağlamlığımıza verdiyimiz və vermədiyimiz əhəmiyyətə görə həyat keyfiyyətimiz artır və ya azalır. Ancaq bir çox vəziyyət kimi, sağlamlıq da əslində fərqli düşüncə və həyat tərzinə görə dəyişir. Sağlam yaşamaq istəyən insan ilk növbədə, sağlamlığı üçün nəyin faydalı, nəyin zərərli olduğunu bilir və əməl edir. Çünki sağlam həyat onu əldə etmək üçün göstərilən səyin nəticəsində yaranır. Bu səyi həyata keçirmək üçün maarifləndirmə və maariflənmə vacibdir.

Etibarlı, təhlükəsiz qida dedikdə sağlamlığa heç bir zərəri olmayan, dəyərini itirməyən qidalar nəzərdə tutulur. Təhlükəsiz qida saxlama müddəti ərzində heç bir fiziki, kimyəvi və ya bioloji risk daşımır. Təhlükəsiz qidanın mənbəyi, təmin edilməsi istehlakçı olaraq hər birimiz üçün vacib məsələ olmalıdır. Lakin açıq şəkildə satılan, etiketsiz və lisenziyasız məhsullara rast gəliriksə, deməli, o məhsulların da alıcısı var, dolayısı ilə bu, o deməkdir ki, istehlakçılar arasında qida təhlükəsizliyi ilə bağlı maarifləndirmə hələ də qənaətbəxş səviyyədə deyil.

Qidalar bir neçə baxımdan təhlükə daşıya bilər – fiziki, kimyəvi, mikrobioloji. Fiziki təhlükə daşıyan qidalar tərkbində yad maddələrin aşkarlanması halında təhlükəli olur, bu maddələr daş, torpaq, metel, plastik, taxta, tük kimi predmetlərdir. Kimyəvi risklər qidanın yetişdirilmə və satışa hazırlanma prosesində məruz qaldığı dərman qalıqları, yuyucu vasitə qalıqları, ətraf mühit mənbələrindən ötürülə bilən ağır metallar və ya qida emalı mərhələlərində əmələ gələn bəzi zərərli birləşmələr, qablaşdırma materiallarından keçən kimyəvi çirklənmə və düzgün istifadə olunmayan qida əlavələridir. Kimyəvi maddələr qidalara səmərəliliyin, məhsuldarlığın artırılması məqsədi ilə tətbiq edilir. Mikrobioloji risklər də var ki, bunlara qidalarda yaranan bakteriya, kif, virus, parazit kimi mikroorqanizmlərin və onların yumurtaları aiddir. İstənilən qida məhsulu sağlamlığa zərər verəcək bu üç əsas riskdən azad olmalıdır ki, istehlaka uyğun olsun və təhlükəsiz qida hesab edilsin.

Ümumiyyətlə, qida təhlükəsizliyini tarladan süfrəyədək uzanan zəncir kimi ifadə etmək olar. Zəncirin birinci halqasında xammalı təmin edən ilkin istehsalçı, yəni kənd təsərrüfatı və ya heyvan istehsalçıları var. Birinci mərhələdən məhsullar ikinci mərhələyə - yeyinti sənayesinə gəlir, burada məhsul emal olunur, qablaşdırılır və istehlaka hazır vəziyyətə gətirilir. Sənayeçidən distribütora, distribütordan satıcıya qədər ötürülür, nəhayət axırıncı halqaya, yəni bizə- istehlakçıya gəlib çatır. Əgər bu halqaların hansındasa qırılma, yəni istehsalda, daşınmada pozulan qaydalar olsa qida təhlükəsizliyinin təməli qoyulur.

Qida təhlükəsizliyi bəsit kimi görünən, amma əslində, çox təhlükəli vəziyyətlərə səbəb olan vacib amildir. Qidalar yoluxucu xəstəliklər daşıya, ötürə bilir, xüsusilə immun sistemi zəif olan uşaq, yaşlı və hamilə qadınlar üçün bu xəstəliklər təhlükəlidir. Qida ilə əlaqəli klinik məlumatlar da çox narahatedicidir, məsələn, dünyada hər il əksəriyyəti uşaq olmaqla təxminən 2,2 milyon insan qidadan ötürülən yoluxucu xəstəliklər səbəbindən ölür. Digər tərəfdən, inkişaf etmiş ölkələrdə əhalinin təxminən 30%-nin hər il qidadan qaynaqlanan xəstəliklərə yoluxduğu bildirilir. İnkişaf etməkdə olan və inkişaf etməmiş ölkələrdə bu vəziyyətin daha ciddi olduğunu təxmin etmək çətin deyil. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına görə, Birləşmiş Ştatlarda hər il təxminən 76 milyon qidadan xəstəliyə yoluxma halı baş verir. Təxminən 325 min nəfərin xəstəxanalarda müalicə olunduğu, 5 min nəfərin isə bu yoluxmalarda öldüyü bildirilir.

Bu cür halların baş verməməsi üçün istehlakçı, ilk növbədə, sağlam qidalanma şüurunu formalaşdırmalıdır, mümkün qədər təbii və ya qatqısız təzə qidalar istehlak edilməlidir. Etibarlı satış yerlərinə üstünlük verilməlidir, açıq satılan, etiketsiz və ya lisenziyasız məhsullardan uzaq olmaq şərtdir. Qablaşdırılmış məhsul olsa belə, tərkibi, qida dəyəri, əlavələri, lisenziya tarixi, istehsal və son istifadə tarixlərinin yazılıb-yazılmadığı yoxlanılmalıdır. Etiketləri zədələnmiş və ya oxunmayan məhsullar alınmamalıdır. Qablaşdırmanın zədələnməməsi və qabarıq olmaması şərtdir. Xüsusilə meyvə və tərəvəzləri təbii mövsümündə istehlak etməli, süni şəraitdə yetişdirilən istixana məhsullarından uzaq durmaq lazımdır.

Qida təhlükəsizliyinin üç əsas prinsipi var: 1. Qidaların sağlamlığa zərərli amillərlə çirklənməsinin qarşısının alınması, 2. Qidalarda sağlamlığa zərərli amillərin çoxalmasının və yayılmasının qarşısının alınması, 3. Qidalardan zərərli amillərin müvafiq üsullarla çıxarılması və ya zərərsizləşdirilməsi. Qida təhlükəsizliyi həm istehsalçıları, həm də istehlakçıları yaxından maraqlandıran və onlara birbaşa təsir edən qlobal problemdir. Çünki bu gün bir çox yoluxucu xəstəliklərin qida təhlükəsizliyinin təmin olunmadığı şəraitdə istehsal olunan məhsullardan qaynaqlandığını görürük. Qida məhsulları insan sağlamlığına mənfi təsir etməyəcək və ekoloji problemlər yaratmayacaq mühitlərdə istehsal edilməli, emal edilməli və satılmalıdır.

Ümumiyyətlə, ərzaq məhsulunda yaranan hər hansı problemlə əlaqədar hüquqi tələbda haqlı tərəf olmaq üçün alış-veriş zamanı satınalma sənədi - kassa qəbzi alınmalı və müəyyən müddət saxlanılmalıdır. Bu gün dünyada bütün istehlakçıların maariflənməyə ehtiyacı var. Çünki istehlakçıların maariflənməsi o deməkdir ki, istehsalçılar daha ​​sağlam və təhlükəsiz qida istehsal etməyə məcbur olur.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması ” istiqaməti çərçivəsində hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Yanvar 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri