Icma.az
close
up
RU
Qidalanma və Qida Təhlükəsizliyi Forumu uğurla keçirildi FOTOLAR

Qidalanma və Qida Təhlükəsizliyi Forumu uğurla keçirildi FOTOLAR

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

4 may 2025-ci il tarixində Bakı şəhərində “Qidalanma və Qida Təhlükəsizliyi Forumu” keçirildi. Forumda sağlam qidalanma mədəniyyəti, qida təhlükəsizliyi və müasir dövrdə yaranan risklər müzakirə olundu.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Forum Qida Təhlükəsizliyi Hərəkatı, Peşəkar Qənnadçılar İctimai Birliyi, Gənclərin Töhfəsi İctimai Birliyi və Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirildi.
Forumun açılışında çıxış edən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova tədbirin əhəmiyyətindən danışdı. O bildirdi ki, "Sağlam və təhlükəsiz qidalanma yalnız fərdi məsələ deyil, ictimai məsuliyyətdir. Biz bu forumda doğru qidalanma mədəniyyətini yaymaq üçün bir araya gəlmişik. Gəlin gələcəyimizi sağlam vərdişlərlə quraq.”
Tədbirin xüsusi qonağı, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ceyhun Məmmədov da foruma qatıldı və çıxış edərək qida təhlükəsizliyinin ictimai sağlamlıq və milli təhlükəsizlik baxımından əhəmiyyətinə toxundu. O qeyd etdi ki, "Qida təhlükəsizliyi hər bir ailənin, cəmiyyətin və dövlətin sabitliyi üçün vacib məsələdir. Bu sahədə maarifləndirmə və nəzarət sistemi daim gücləndirilməlidir."
Peşəkar Qənnadçılar İctimai Birliyinin sədri Eynur Nağdəliyev çıxış edərək bildirdi ki, "Şirniyyat mədəniyyətimizə dərin köklərlə bağlıdır. Amma düzgün texnologiya və tərkiblə hazırlandıqda şirniyyat sağlam qidalanmanın bir parçası ola bilər. Əsas odur ki, balansı qoruyaq."
Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev çıxış edərək bildirdi ki, "Qida təhlükəsizliyi məsələsi gənclər üçün də prioritet olmalıdır. Biz bu sahədə maarifləndirməni artırmaqla sağlam gələcək qurmağa töhfə verməliyik."
Daha sonra panel müzakirələrlə spikerlərin çıxışları başladı.
İlk olaraq həkim-dietoloq Şumarə Qaracayeva çıxış edərək bildirdi ki, "Bəzi qidalar təhlükəsiz görünsə də, içində həyat yoxdur. Qida yalnız tərkibi ilə yox, faydası və təsiri ilə seçilməlidir."
Qida eksperti Ağa Salmanov çıxış edərək bildirdi ki, "Qida zəncirində hər bir halqa – istehsal, saxlanma, daşınma – insan sağlamlığına təsir edir. Bu zəncirin hər addımı şəffaf və nəzarət altında olmalıdır."
Daha sonra Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova "Müasir dövrün Qidalanma mifləri" mövzusunda çıxış edərək hansı miflərin həqiqətə uyğun olmadığı ilə bağlı maraqlı məlumatlar verdi.
“E-Kod” qida qatqı maddələri ilə bağlı mobil tətbiq və Qida təhlükəsizliyi Hərəkatının WhatsapQaynar xəttinin təqdimatını etdi.
Tədbir çərçivəsində həmçinin “İslamda Qida Mədəniyyəti” adlı kitabın təqdimatı keçirildi və iştirakçılar müəlliflərdən imzalı nüsxələr əldə etdilər.
“GS1 Azərbaycan” İctimai Birliyinin əməkdaşı Gülanə Rəsulova çıxış edərək bildirdi ki, “Qida təhlükəsizliyinin təmin olunmasında şəffaf qida zənciri əsas rola malikdir. İstehsaldan istehlaka qədər hər mərhələnin izlənə bilməsi və məlumatların dəqiq şəkildə qeydiyyata alınması həm istehlakçı inamını artırır, həm də risklərin vaxtında aşkarlanmasına şərait yaradır.”
Daha sonra "Refresh Qrup" MMC-nin baş icraçı direktoru Seymur Qafarov bildirdi ki, "HACCP sistemi sadəcə texniki standart deyil, istehlakçıya hörmətin göstəricisidir. Biz bu sistemi tətbiq etməklə həm məsuliyyət, həm də keyfiyyət təmin edirik."
Tədbirin sonunda spikerlərə plaket, könüllülərə isə sertifikatlar təqdim olundu.





Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 May 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri