Icma.az
close
up
RU
Daşkənddə “Türk dünyasında mənəvi dirçəliş və informasiya təhlükəsizliyi” forumu keçirildi FOTOLAR

Daşkənddə “Türk dünyasında mənəvi dirçəliş və informasiya təhlükəsizliyi” forumu keçirildi FOTOLAR

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

2026-cı il iyulun 8-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənclərin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyi və Özbəkistan Jurnalistlər İttifaqının birgə təşkilatçılığı ilə "Türk dünyasında mənəvi dirçəliş və informasiya təhlükəsizliyi” mövzusunda beynəlxalq forum keçirilib.

Forum Özbəkistan Prezident Administrasiyasının Kontent Mərkəzində təşkil olunub.

Tədbirdə Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan media nümayəndələri, akademiklər, jurnalistika fakültələrinin professorları və gənc jurnalistlər iştirak ediblər. Forum çərçivəsində türk dövlətlərinin media sektorunun mövcud vəziyyəti, informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, media əməkdaşlığının perspektivləri və gələcək birgə layihələr geniş müzakirə olunub.

Forumu Özbəkistan Jurnalistlər İttifaqının sədri Şöhrət Arif açaraq, Özbəkistan və Azərbaycan mediası arasında formalaşmış əməkdaşlıq münasibətlərindən danışıb. O, dezinformasiyaya qarşı mübarizə, rəsmi məlumatların operativ şəkildə ictimaiyyətə çatdırılması, sosial medianın artan təsiri, süni intellekt vasitəsilə yaradılan məzmunun doğurduğu çağırışlar və informasiyanın dəqiqliyinin yoxlanılmasının əhəmiyyətini vurğulayıb.

Daha sonra çıxış edən Gənclərin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyinin icraçı direktoru, "AZXEBER Media” MMC-nin baş direktoru Əfsələddin Ağalarov tədbirin təşkilinə göstərilən dəstəyə görə Özbəkistan Prezident Administrasiyasının Kontent Mərkəzinə və Özbəkistan Jurnalistlər İttifaqına təşəkkürünü bildirib.

Əfsələddin Ağalarov qeyd edib ki, Türk dünyasının birliyi yalnız siyasi, iqtisadi və mədəni əlaqələrlə deyil, media əməkdaşlığı vasitəsilə də möhkəmlənməlidir:

"Azərbaycan Prezidenti İlham Əliyevin ‘Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır’ fikri bu istiqamətdə həyata keçirilən fəaliyyət üçün mühüm yol xəritəsidir. Əlli il əvvəl türk dünyasının birliyindən danışmaq belə çətin idi. Bu gün isə Türk Dövlətləri Təşkilatı uğurla inkişaf edir, üzv ölkələr arasında əməkdaşlıq ildən-ilə genişlənir və mütəmadi olaraq birgə layihələr həyata keçirilir. Layihəmizin əsas məqsədi türk dövlətlərinin media nümayəndələrini bir araya gətirmək, informasiya təhlükəsizliyi və dezinformasiyaya qarşı mübarizə sahəsində təcrübə mübadiləsini təşviq etmək, gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməkdir.”

O bildirib ki, son illər Özbəkistan mediası regionun aparıcı media sistemlərindən birinə çevrilib. Eyni zamanda Azərbaycanda Medianın İnkişafı Agentliyinin yaradılması, media həftələrinin təşkili və media savadlılığının artırılmasına yönəlmiş layihələr ölkənin media mühitinin inkişafına mühüm töhfə verib.

"Qarşılıqlı təcrübə proqramlarının təşkili sayəsində həm Azərbaycan, həm də Özbəkistan jurnalistləri bir-birinin peşəkar təcrübəsindən faydalana bilərlər. Bu forumun keçirilməsində əsas məqsəd də məhz belə təşəbbüslərin inkişafına töhfə verməkdir. Əminəm ki, forum yeni əməkdaşlıq imkanlarının yaranmasına zəmin yaradacaq.”

Mətbuat Şurasının Sosial Media Komissiyasının sədri Hacıbəy Heydərli çıxışında Azərbaycanda media savadlılığının inkişafı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. O bildirib ki, sosial şəbəkələrin həyatımızdakı rolunun artması informasiya təhlükəsizliyi məsələlərini daha da aktuallaşdırıb və bu şəraitdə peşəkar media ilə sosial medianın qarşılıqlı əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır.

Hacıbəy Heydərli vurğulayıb ki, Azərbaycan mediası 44 günlük Vətən müharibəsi dövründə informasiya cəbhəsində üzərinə düşən missiyanı uğurla yerinə yetirib.

"Həmin dövrdə dezinformasiyaya və informasiya manipulyasiyalarına qarşı formalaşan peşəkar yanaşma bu gün də informasiya təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycanda mütəmadi olaraq media həftələri, təlimlər və peşəkar inkişaf proqramları təşkil edilir. Özbəkistan mediası da sürətlə inkişaf edir və hər iki ölkənin jurnalistləri qarşılıqlı şəkildə bir-birinin təcrübəsindən faydalana bilərlər.”

Azərbaycan nümayəndə heyəti adından çıxış edən "Editor.az” Media Qrupunun rəhbəri Fərid Şahbazlı göstərilən qonaqpərvərliyə görə Özbəkistan tərəfinə təşəkkürünü bildirib.

O qeyd edib ki, Azərbaycanda son illər həyata keçirilən media islahatları müasir çağırışlara uyğun şəkildə davam etdirilir:

"Xüsusilə media subyektlərinin maddi-texniki bazasının gücləndirilməsi, informativ televiziya və radio kanallarının inkişafı, ixtisaslaşmış medianın formalaşdırılması istiqamətində mühüm addımlar atılıb. Özbəkistanın son illərdə müxtəlif sahələrdə əldə etdiyi inkişaf media sektorunda da aydın şəkildə hiss olunur. Qardaş ölkədə həyata keçirilən uğurlu media siyasəti türk dünyasında informasiya təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm nümunədir.”

Panel müzakirələri zamanı Fərid Şahbazlı özbəkistanlı jurnalistlərin suallarını cavablandırıb, iştirakçılar media əməkdaşlığı və informasiya təhlükəsizliyi sahəsində fikir mübadiləsi aparıblar.

Forum çərçivəsində Özbəkistanın akademikləri, jurnalistika fakültələrinin professorları və gənc jurnalistləri də çıxış edərək mövzu ilə bağlı təklif və fikirlərini səsləndiriblər.

Tədbirin sonunda "Türk dünyasının mənəvi dirçəlişi” adlı bioqrafik sənədli film nümayiş olunub. Ardınca keçirilən interaktiv sual-cavab sessiyasında Azərbaycan və Özbəkistan mediasının təcrübələri, informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın perspektivləri və gələcək birgə layihələr ətrafında geniş müzakirələr aparılıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 09 İyul 2026 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri