Icma.az
close
up
RU
Qırğız ədəbiyyatının dünya şöhrətli siması Çingiz Aytmatov

Qırğız ədəbiyyatının dünya şöhrətli siması Çingiz Aytmatov

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 9 sentyabr, AZƏRTAC

Türk xalqlarının ortaq mədəni-tarixi irsində ədəbiyyat, dil və mənəvi dəyərlər mühüm birləşdirici amillərdən biri kimi çıxış edir. Bu zəngin irsin müasir dövrdə layiqli davamçıları sırasında qırğız ədəbiyyatının dünya miqyasında tanınmış nümayəndəsi, böyük yazıçı Çingiz Aytmatov xüsusi yer tutur. Onun yaradıcılığı milli kimlik, tarixi yaddaş, ortaq türk mənəvi dəyərləri və ümumbəşəri ideyaların vəhdəti ilə seçilir.

Çingiz Aytmatov dünyaya ərazisi və əhalisi kiçik, lakin tarixi və mədəniyyətinin qədimliyinə görə haqqı böyük olan qırğız elindən baxmaqla bir xalqın timsalında dünya ədəbi-bədii fikrinin zirvəyə yüksəlməsini təmin etmişdir. Onun yaradıcılığı dünya ədəbiyyatında ümumi səciyyə daşısa da, bu sənət özünün spesifikasına, fərdiliyinə və s. xüsusiyyətlərinə görə daha çox fərqlənir. Yazıçının sənəti sadədir. Adi həyat hadisələrinə, bu hadisələrin sadəliklərinə fəlsəfi münasibət, zirvədən müşahidə etmək və daxilə enmək bacarığı Aytmatov sənəti üçün xarakterikdir.

Bu fikirlər filologiya elmləri doktoru, professor Elman Quliyevin Çingiz Aytmatovun yaradıcılığı ilə bağlı yazısında öz əksini tapıb. AZƏRTAC türk xalqlarının folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan məqalələr silsiləsi çərçivəsində həmin yazıdan bəzi hissələri təqdim edir:

“Çingiz Aytmatov sənət və xalq qarşısında həmişə məsuliyyəti ilə seçilir. Bu da təsadüfi deyil. Yazılarının birində bunun səbəblərini o, belə açıqlayır: "İnsanlar mənə onların adından danışmaq hüququ veriblər, mən də bütün həyatım boyu sübut etməliyəm ki, onlar yanılmayıblar". Yazıçı istər tarixi, istərsə də müasir mövzulu əsərlərində insan taleyinə, insan maraqlarına geniş yer verir. Bu maraqları daha çox bəşəri ideallara uyğunlaşdırır, diqqəti əsl insan maraqlarının üz-üzə dayanması və toqquşmasına yönəldir, bu situasiyada mənanı açıqlayır. Onun yaradıcılığı üçün məqbul və səciyyəvi olan bu vəziyyətdə təsvir olunan hər hansı adi bir şey kəmiyyət və keyfiyyət etibarilə dəyişməyə məruz qalır. Müəllif öz idealı olan obrazların, aşılamaq istədiyi ideyaların həm faciəsini, həm qələbəsini bu durumda çatdırır.

"Cəmilə" (1958) povesti böyük ədəbiyyata böyük sənətkarın gəlişini təsdiq etdi. Ç.Aytmatov "Cəmilə"ni real həyat hadisələri əsasında qələmə almışdır. O, 1944-cü ildə gündüzlər dövlət işində çalışmaqla bərabər, gecələr sahələrdə kolxozçulara da kömək göstərmişdir. Bu dövrdə Cəmilə və Daniyarı şəxsən görmüş və onların sevgi macəralarına şahidlik etmişdir. Yazılması ilə ədəbi aləmdə "partlayışa" səbəb olan bu əsərin mərkəzində o vaxtkı ədəbi-tənqidi məqalələrdə qeyd olunduğu kimi, ailə-məişət qanunlarına zidd, qeyri-etik normaların təbliğin dayanmırdı. Əksinə, "Cəmilə" povesti Lui Araqonun təbirincə desək, "məhəbbət haqqında yazılmış ən gözəl əsər" kimi dünyanı heyran qoydu. Povestdə təhkiyəni 15 yaşlı yeniyetmə aparır. Bu gənc oğlan yazıçının prototipidir. Onun təhkiyəsində oxucu Cəmilənin kimliyi, həyata baxışı, Daniyarla olan münasibətləri və s. haqqında məlumat əldə edir. Əsər boyu bütün digər hadisə və əhvalatlar, başqa obrazların xarakteri də bu təhkiyələrdə açıqlanır.

Ç.Aytmatov bir sənətkar kimi tarixə münasibətdə daha çox məsuliyyətli, həssas və diqqətli olub. O, bütün məqamlarda mənsub olduğu xalqın -qırğızların tarixinə, onun günümüzə qədər keçdiyi şərəfli yola, milli maraqlarına, ideallarına sədaqətli olmuş, bütün milli-mənəvi dəyərlərinə əsl vətəndaş-yazıçı mövqeyindən yanaşmışdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri