Qırğızıstan prezidenti ölüm hökmünün bərpası barədə göstəriş verib
Oxumeni.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qırğızıstan prezidenti Sadır Japarov uşaqlara və qadınlara qarşı cinayətlərə görə cəzaları əhəmiyyətli dərəcədə artıran və ölüm cəzasını nəzərdə tutan qanun layihəsinin hazırlanmasına göstəriş verib.
Oxuməni.az “Deutsche Welle”yə istinadla xəbər verir ki, bu barədə Qırğızıstan prezidentinin mətbuat katibi Askat Alagozov Facebook-da “Söhbət uşaqlara, eləcə də qadınların zorlanmasına və öldürülməsinə görə ölüm cəzasının tətbiqindən gedir”deyə məlumat yayıb.
O, Japarovun qərarını sentyabrın sonlarında baş vermiş və ictimaiyyəti şoka salan Barskoon kəndindən olan 17 yaşlı Aysulu M.-nin vəhşicəsinə qətli ilə bağlı olduğunu izah edib. Prezident bu xəbərdən "dərin təəssüfləndiyini" bildirib və işi şəxsi nəzarətinə götürüb. O, hesab edir ki, uşaqlara və qadınlara qarşı törədilən cinayətlər cəzasız qalmamalıdır, - Alagözov əlavə edib.
Qırğızıstanda ölüm hökmü 2007-ci ildə prezident Kurmanbek Bakiyev tərəfindən ləğv edilib, lakin əvvəllər, 1998-ci ildən respublikada bu cəzanın tətbiqinə moratorium qüvvədə idi.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 01 Oktyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















