Icma.az
close
up
RU
Ölüm hökmünün bərpası mümkündürmü?

Ölüm hökmünün bərpası mümkündürmü?

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Son vaxtlar ölkədə xüsusilə ağır, qəsdən adamöldürmə cinayətlərinin sayının artması cəmiyyətin bəzi təbəqələri tərəfindən ölüm hökmünün yenidən bərpa olunması kimi təşəbbüslərin irəli sürülməsinə səbəb olub. Bəs görəsən ölüm hökmünün yenidən bərpası mümkündürmü və bunun üçüm hansı hüquqi prosedurlar etmək lazımdır?
Hüquqşünas Əli İbrahimov Newscenter.az-a məsələ ilə bağlı bildirib ki, ölüm hökmünün yenidən qüvvəyə minməsi məsələsi hüquqi və konstitusion baxımdan olduqca mürəkkəb və çoxcəhətli bir məsələdir. Onun sözlərinə görə, Azərbaycanda ölüm hökmü 1998-ci ildə Prezidentin fərmanı ilə ləğv edilib və bu qərar 1999-cu ildə Konstitusiyaya edilmiş dəyişikliklərlə təsdiqlənib:
"Bu gün ölkə Konstitusiyasının 27-ci maddəsində "hər kəsin yaşamaq hüququ" təsbit olunmuş və ölüm hökmünün tətbiqinə qadağa qoyulmuşdur. Buna görə də ölüm hökmünün yenidən tətbiqi yalnız sırf qanunvericilik səviyyəsində deyil, həm də Konstitusiyaya ciddi dəyişikliklər edilməsini tələb edir".
Əli İbrahimov deyir ki, əgər cəmiyyətin bir hissəsində ölüm hökmünün bərpasına dair ciddi ictimai tələbat və siyasi iradə formalaşarsa, bu zaman ilk addım olaraq Konstitusiyaya dəyişiklik edilməlidir:
"Bu isə yalnız referendum yolu ilə mümkündür. Referendumun keçirilməsi üçün Milli Məclisin səlahiyyəti çərçivəsində qərar qəbul olunmalı, Prezidentin imzası ilə təsdiqlənməli və xalqın səsverməsinə çıxarılmalıdır. Əgər xalq səsverməsində çoxluq ölüm hökmünün bərpasını dəstəkləyərsə, bu zaman müvafiq maddələr dəyişdirilə bilər.
Bundan sonra isə Cinayət Məcəlləsində və digər müvafiq qanunvericilik aktlarında dəyişikliklər edilməlidir. Bu dəyişikliklər ölüm hökmünün hansı cinayətlərə tətbiq olunacağını, onun icra mexanizmini, apellyasiya və mərhəmət prosedurlarını əhatə etməlidir. Paralel olaraq Azərbaycan bir sıra beynəlxalq konvensiyalara, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının ölüm hökmünün ləğvini nəzərdə tutan 6 saylı Protokoluna və 13 saylı əlavə Protokola qoşulub. Bu sənədlərdən çıxmaq, yaxud onlara dair yeni hüquqi mövqe müəyyənləşdirmək də zərurətə çevrilə bilər. Bu isə dövlətin beynəlxalq nüfuzuna və hüquqi öhdəliklərinə birbaşa təsir göstərə bilər".
Hüquqşünas, "Hüquqi baxımdan nəticə budur ki, ölüm hökmünün bərpası təkcə bir qanunun qəbul edilməsi ilə yox, həm Konstitusiyanın dəyişdirilməsi, həm də beynəlxalq hüquqi öhdəliklərə yenidən baxılması ilə mümkündür. Bu isə çoxşaxəli hüquqi, siyasi və cəmiyyətin konsensusunu tələb edən çətin bir prosesdir",-deyə vurğulayıb.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 May 2025 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri