Icma.az
close
up
RU
Qırğızıstanda mədəniyyətlərarası düşərgə təşkil olundu FOTOLAR KONKRET

Qırğızıstanda mədəniyyətlərarası düşərgə təşkil olundu FOTOLAR KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2025-ci il 20–22 iyun tarixlərində Qırğızıstanın İssık-Kul gölünün füsunkar sahilində ölkədə ilk dəfə Gənclərarası Mədəniyyətlərarası Düşərgə təşkil olunub.

Bu barədə KONKRET.az-ın Mərkəzi Asiya bürosuna İldırım Musayev məlumat verib.

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Düşərgədə Azərbaycan, Qırğızıstan və digər xalqların nümayəndəsi olan, Qırğızıstan Xalqları Assambleyasının üzvü olan fəal gənclər iştirak ediblər. Günəşli İssık-Kulun qonaqpərvərliyində baş tutan tədbir iki xalqın gəncləri üçün dialoq, dostluq və qarşılıqlı anlaşma baxımından unikal platforma kimi dəyərləndirilib.

Üç əsas istiqaməti əhatə edən düşərgənin proqramı iştirakçılara mədəniyyətlərarası ünsiyyət, liderlik bacarıqlarının inkişafı və birgə layihələrin təşkili sahəsində imkanlar yaradıb. Tədbir gənclər arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın dərinləşdirilməsi məqsədi daşıyıb.

Biliklərin artırılması: İştirakçılar Qırğız və Azərbaycan xalqlarının mədəniyyəti, dili, tarixi və ənənələri ilə yaxından tanış olublar. Mədəniyyətlərarası kommunikasiya bacarıqları: Müxtəlif komandalar şəklində keçirilən interaktiv məşğələlər, müzakirə klubları və oyunlar vasitəsilə gənclər effektiv ünsiyyət bacarıqları qazanıblar. Dil və yaradıcılıq mühiti: Düşərgə çərçivəsində azərbaycan, qırğız və rus dillərində canlı ünsiyyət və ortaq yaradıcı fəaliyyətlər – milli rəqslər, musiqi və incəsənət layihələri həyata keçirilib.

Düşərgənin proqramı zəngin və rəngarəng olub.  İştirakçılar “Ruh-Ordo” mədəniyyət kompleksinə səfər edib, milli rəqs müsabiqələrində və dənizkənarı gəzintilərdə iştirak ediblər. Axşamlar tonqal başında keçirilən görüşlər isə səmimi atmosfer yaradaraq yeni dostluqların əsasını qoyub.

Layihənin təşkilatçısı, Qırğızıstan Azərbaycanlıları “Birlik” İctimai Birliyinin rəhbəri Xansıvar Baxşəliyev bildirib:

“Bu düşərgə mühüm ilk addım oldu. Gənclərin bir-birinin mədəniyyətinə olan marağı, ünsiyyət və dostluq istəyi bizi çox sevindirdi. Onların enerjisi və fəallığı bu cür layihələrin nə qədər vacib olduğunu sübut etdi”.

Düşərgənin açılışında Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Marat Tağaev, Dövlət dili və dil siyasəti üzrə Milli Komissiyanın sədri Melis Murataliev, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin türk dilli ölkələr və Gürcüstan üzrə şöbə müdiri Əli Baytalov iştirak ediblər.

Pilot layihənin keçirilməsinə texniki dəstəyi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi göstərib. Təşkilatçılıqda Qırğızıstan Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyi, Dövlət dili və dil siyasəti üzrə Milli Komissiya və Qırğızıstan Xalqları Assambleyası da fəal iştirak ediblər.

Düşərgənin iştirakçıları da təəssüratlarını bölüşüblər. Onlardan biri deyib:

“Qırğız və Azərbaycan mədəniyyəti haqqında sadəcə öyrənmədim, onu dostluq vasitəsilə hiss etdim. Bu düşərgənin bir parçası olduğum üçün çox şadam”.

Digər iştirakçı isə bildirib:

“Əla təşkil olunmuş tədbir üçün təşəkkür edirik. Maraqlı mühazirələr, səmimi axşamlar və birinci olmaq hissi bizi çox sevindirdi. Ümid edirik ki, bu sonuncu olmayacaq”.

Təşkilatçılar ümid edirlər ki, bu layihə ənənəyə çevriləcək və gələcəkdə daha geniş miqyasda davam etdiriləcək.

İldırım Musayev

KONKRET.az-ın Mərkəzi Asiya bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 İyul 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri