Icma.az
close
up
RU
Qırğızıstanda Mədəniyyətlərarası ilk Gənclər Düşərgəsi keçirilib

Qırğızıstanda Mədəniyyətlərarası ilk Gənclər Düşərgəsi keçirilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 26 iyun, AZƏRTAC

Qırğızıstanın İssık-Kul gölünün sahilində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Qırğız Respublikası Azərbaycanlılarının "Birlik" İctimai Birliyinin təşkilatçılığı ilə Mədəniyyətlərarası ilk Gənclər Düşərgəsi keçirilib. Düşərgədə hər iki ölkədən nümayəndələr, o cümlədən Qırğızıstan Xalq Assambleyasının üzvləri yer alıblar.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, düşərgənin əsas məqsədi Azərbaycan və Qırğız xalqlarının tarixini, dilini və adət-ənənələrini tanıtmaq, interaktiv fəaliyyətlər vasitəsilə qarşılıqlı anlaşmanı möhkəmləndirmək və çoxdilli, yaradıcı mühitdə ortaq layihələrə zəmin yaratmaq olub.

Düşərgədə qırğız, Azərbaycan və rus dillərində ünsiyyət imkanları genişləndirilib. İştirakçılar xalq rəqsləri və musiqidən tutmuş müasir incəsənət layihələrinədək müxtəlif sahələrdə birgə yaradıcılıq fəaliyyətinə cəlb olunublar.

Tədbirin proqramı “Rux-Ordo” kompleksinə səfər, tonqal ətrafında keçirilən axşamlar, rəqs yarışları və göl sahilində təşkil olunan gəzintiləri əhatə edib.

“Biz gənclərin bir-birinin mədəniyyətinə böyük marağına, ünsiyyət üçün səmimi istəyinə şahid olduq. Gənclərin belə həvəslə iştirakı millətlərarası harmoniyanın möhkəmləndirilməsi və humanitar əlaqələrin inkişafı üçün bu cür layihələrə ehtiyac olduğunu təsdiqləyir",- deyə Qırğız Respublikası Azərbaycanlılarının "Birlik" İctimai Birliyinin rəhbəri Xansıvar Baxşəliyev bildirib. O, həmçinin Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsinə, Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinə, Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyasına və Qırğızıstan Xalq Assambleyasına tədbirin təşkilinə göstərdikləri dəstəyə görə təşəkkür edib.

Panel iclasında mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Marat Taqayev, Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Melis Murataliyev, Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əli Baytalov çıxış ediblər.

İssık-Kul sahilində reallaşan bu layihə iki ölkənin yeni nəslinin gələcək görüşləri, yaradıcı əməkdaşlığı və uzunmüddətli münasibətləri üçün sağlam zəmin formalaşdırıb.

Təşkilatçılar bu təşəbbüsün ənənəyə çevriləcəyinə və gələn il daha geniş miqyasda keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

Tədbirin sonunda iştirakçılara təşəkkürnamə təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 İyun 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see161

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see161

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see160

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri