Icma.az
close
up
RU
Qırğızıstanda qırılmayan siyasi tellər nə vəd edir?

Qırğızıstanda qırılmayan siyasi tellər nə vəd edir?

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


İlk öncə Azərbaycan–Qırğızıstan münasibətlərinə nəzər salsaq, burada söhbət təkcə iki ölkə arasındakı əlaqələrdən deyil, həm də türk dünyasını birləşdirən mədəni və siyasi bağların davamlılığından gedir. Qırılmayan siyasi tellər qarşılıqlı etimadın, siyasi-strateji tərəfdaşlığın əsasını yaradır.
Mərkəzi Asiya ölkələrində yerləşən türk dövlətləri arasında çox dərin və mühüm strateji-siyasi tellərin möhkəmlənməsi və sürətlə inkişafı Azərbaycanın Zəfər qazanmasından sonraya təsadüf edir. Bu siyasi reallıqların tələbi idi ki, türk dünyasında yaranan siyasi tellər qardaşlıq tellərinə qədər dərinləşsin.
Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının toplantıları dünyanın siyasi meydanında yeni bir canlanma yaratdı. Azərbaycan Prezidentinin digər ölkə başçıları ilə təkbətək görüşləri diqqət mərkəzində oldu. İstər siyasi davranışları, istərsə də bədən dili və verdiyi siyasi-diplomatik mesajlarla cənab Prezident Şərq məkanında Azərbaycanın mühüm status qazandığını bir daha göstərdi. Ölkə olaraq bu məkanda üstünlüyümüz Şərq–Qərb və Şimal–Cənub nəqliyyat və enerji bağlantılarında yerləşməyimizdən, həmçinin geosiyasi mərkəzlər arasında qazandığımız nüfuzdan irəli gəlir.
İlham Əliyevin praqmatik münasibətlər qurması, müxtəlif güc mərkəzləri ilə xarici siyasətdə balanslı və ədalətli əlaqələr tənzimləməsi Azərbaycanı yalnız regionda deyil, daha geniş Avrasiya diplomatiyasında da diqqətçəkən aktora çevirib. Bişkekdəki toplantılara nəzər saldıqda, artıq bu siyasi tellərin bir-birinə bağlanması və fərqli geosiyasi məkanlar arasında etimad körpülərinin yaradılması diqqət mərkəzində idi.
Azərbaycanın Şərq məkanında artan diplomatik fəallığı dövlətimizin siyasi nüfuzunun bütün siyasi mərkəzlərdə möhkəmlənməsini vəd edir. Sürətlə dəyişən dünyada geosiyasi rəqabətin artdığı, yeni güc mərkəzlərinin formalaşdığı bir dövrdə dövlətlərin əsl gücü yalnız iqtisadi və hərbi imkanlarla deyil, qura bildikləri siyasi əlaqələrin davamlılığı və etimad yaratmaq bacarığı ilə də ölçülür.
Azərbaycan siyasətinin fəlsəfəsi sadədir: Azərbaycan heç bir geosiyasi qarşıdurmanın əlavəsinə çevrilmədən öz milli maraqlarını müdafiə edən, müxtəlif tərəflərlə dialoq qura bilən müstəqil, qüdrətli və güclü Zəfər ölkəsidir.
Hər şey Vətən üçün, hər şey Azərbaycan üçün!
Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 Sentyabr 2026 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri