Icma.az
close
up
RU
Mənsimovla Paşazadələrin qaranlıq əlaqəsi Şeyxin oğlunun adına keçən şirkət

Mənsimovla Paşazadələrin qaranlıq əlaqəsi Şeyxin oğlunun adına keçən şirkət

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən gün mediada Ramiz Mehdiyev mövzusunda daha bir sensasion məlumat yayıldı. “Unikal”ın məlumatına görə, Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun R.Mehdiyevlə gizli münasibətləri barədə iddialar ortaya çıxıb. Həmin iddialara görə, bu iki fiqur arasında körpü rolunu isə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə oynayıb.

Saytın yazdığına görə, M.Mənsimov Türkiyədə yaşasa və biznesini bu ölkədən idarə etsə də, onun iş adamı kimi ortaya çıxmasında və güclənməsində Rusiya amili mühüm yer tutur. Belə ki, o, dənizçilik sahəsində fəaliyyətə məhz Rusiyadan alaraq İstanbula gətirdiyi gəmi ilə başlayıb. Ona məxsus “Palmali” şirkəti qısa vaxtda hədsiz böyüyüb və bir ara Mənsimov özünün 100-dən artıq gəmisi ilə Aralıq dənizi və Qara dəniz arasında Rusiya neftinin nə az, nə çox, düz 75 faizini daşıyırdı.
Yazıda o da iddia olunur ki, 2021-ci ildə Allahşükür Paşazadə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub yazaraq Mübariz Mənsimovun azadlığa buraxılmasını xahiş edib.

Bu yazıdan sonra mövzuya aid daha bir sensasion məlumat yayıldı. Araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında səs-küylü paylaşım edib.

Sitat:

“Hələ 3 il əvvəl yazmışdım ki, Mübariz Mənsimova məxsus ARMADA VOYAGER SİX gəmiçilik şirkəti 2017-ci ildə öz səhmlərini Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadənin Maltada adına qeydiyyatda olan MP TRADE SHIPPING LIMITED şirkətinə keçirib.

ARMADA VOYAGER SİX Mərkəzi Amerikada, Karib dənizindəki Sent-Kits və Nevis ada dövlətində qeydiyyatdadır, eyni adla Türkiyədə də fəaliyyət göstərir və Palmali şirkətlər qrupuna daxildir”.

Göründüyü kimi, Mənsimovla Paşazadələrin əlaqələri yalnız yerliçiliyə, etnik yaxınlığa bağlı deyil. Burada maliyyə, biznes maraqları ciddi rol oynayır. Yəqin, bu məlumatları aiddiyəti dövlət orqanları dəyərləndirəcək və lazımi addımlar atılacaq.

Tahir Turan
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:25
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see347

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see244

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see198

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see194

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see149

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see143

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see139

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see136

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see134

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see132

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see127

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see125

Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək

13 Dekabr 2025 21:34see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri