Icma.az
close
up
RU
Salzburg Azərbaycan Evi dünya azərbaycanlılarının evidir

Salzburg Azərbaycan Evi dünya azərbaycanlılarının evidir

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Salzburg Azərbaycan Evi artıq uzun illərdir ki, Avstriyada yaşayan yerli sakinlər üçün olduğu qədər, Azərbaycandan Salzburg şəhərinə səfər edən soydaşlarımız üçün də əsl doğma ünvan, milli kimliyimizin və vətən ruhunun yaşadıldığı mühüm bir mərkəz kimi fəaliyyət göstərir.

Bu məkan təkcə bir görüş nöqtəsi deyil, eyni zamanda Azərbaycan mədəniyyətinin, adət-ənənələrinin, milli dəyərlərinin Avropanın mərkəzində layiqincə təmsil olunduğu bir vətən parçasıdır. Salzburgun ecazkar təbiətini, tarixi və mədəni gözəlliklərini seyr edən azərbaycanlı turistlər, səfərlərini mənəvi olaraq tamamlayan bir ünvan kimi daim Salzburg Azərbaycan Evini ziyarət edirlər.

Bu dəfə Salzburg Azərbaycan Evi dünyanın müxtəlif guşələrindən gələn dəyərli qonaqları bir araya gətirərək, yenidən birlik və həmrəylik ruhunun təcəssümünə çevrildi. Doğma məkanda bir araya gələn qonaqlar arasında azərbaycanlı iş adamı, xeyriyyəçi, Konar İnşaat şirkətinin təsisçi-direktoru İsmayılzadə Cahangir, Berlində yaşayan azərbaycanlı iş adamı Xəqani Əliyev, eləcə də Almaniya Federativ Respublikasında, TU Dresden Universitetində “Public and International Economics” (Dövlət və Beynəlxalq İqtisadiyyat) ixtisası üzrə magistratura təhsili alan Bayramlı Elcan yer almışdır.

Qonaqları ilk olaraq Salzburg Azərbaycan Evinin rəhbəri Fərid Əzizov səmimi şəkildə qarşılamış və onları Azərbaycan Evi ilə yaxından tanış etmişdir. Görüş zamanı Azərbaycan Evində indiyədək görülən işlər, həyata keçirilən mədəni, ictimai və diaspora yönümlü fəaliyyətlər barədə ətraflı məlumat verilmiş, həmçinin qarşıdakı dövr üçün planlaşdırılan layihələr və perspektivlər diqqətə çatdırılmışdır. Salzburg Azərbaycan Evinin Avstriya Respublikasında Azərbaycan diasporunun formalaşması, soydaşlarımızın bir araya gəlməsi və milli maraqlarımızın qorunması istiqamətində gördüyü işlər qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır.

Azərbaycanlı iş adamı və xeyriyyəçi İsmayılzadə Cahangir çıxışı zamanı Salzburg Azərbaycan Evinin diaspora sahəsində həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirmiş, bu cür təşəbbüslərin vətən sevgisinin real təzahürü olduğunu vurğulamışdır. O, xaricdə yaşayan azərbaycanlıların bir yumruq kimi birləşməsinin, birlik və bərabərlik nümayiş etdirməsinin milli maraqlarımız baxımından son dərəcə vacib olduğunu qeyd etmişdir. Cahangir İsmayılzadə, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “vətəndən kənarda yaşayan insanlar bizim əzizlərimizdir, mən 50 milyon azərbaycanlının rəhbəriyəm” fikrini xatırladaraq, bu yanaşmanın dövlətimizin xaricdəki soydaşlarımıza göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsi olduğunu xüsusi vurğulamışdır.

Berlində yaşayan azərbaycanlı iş adamı Xəqani Əliyev də çıxış edərək Berlindəki soydaşlarımızın səmimi salamlarını çatdırmış, Salzburg Azərbaycan Evinin fəaliyyəti ilə yaxından tanış olduqdan sonra bu mərkəzin digər ölkələrdə fəaliyyət göstərən Azərbaycan evləri üçün nümunə ola biləcəyini bildirmişdir. “Birlik və bərabərlikdən daha böyük güc doğar” deyən Xəqani Əliyev, Salzburgda gördükləri bu uğurlu modeli Berlində yaşayan azərbaycanlılar arasında da nümunə kimi təqdim edəcəyini ifadə etmişdir.

TU Dresden Universitetində magistratura təhsili alan Bayramlı Elcan isə Salzburg Azərbaycan Evindən dərin təəssüratla ayrıldığını qeyd etmiş, belə mərkəzlərin gənclər üçün milli kimliyin qorunması və vətənlə mənəvi bağların möhkəmləndirilməsi baxımından olduqca önəmli olduğunu vurğulamışdır. O, gələcəkdə Almaniyanın Dresden şəhərində də bu cür bir Azərbaycan Evinin yaradılmasının vacibliyini xüsusi olaraq qeyd etmişdir.

Görüşün sonunda qonaqlar Salzburg Azərbaycan Evinin qonaq kitabına səmimi ürək sözlərini yazmış, xatirə şəkilləri çəkdirmiş və bu mənalı görüşün uzun müddət yaddaşlarda qalacağını bildirmişlər.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 Dekabr 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri