Icma.az
close
up
RU
İstəyirsiniz, qabaqcadan üzr istəyək Samir Abasov

İstəyirsiniz, qabaqcadan üzr istəyək Samir Abasov

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“İstəyirsiniz qabaqcadan üzr istəyək. Həmin epizodu “ofsayd” olaraq Ağadadaşın qarşısına qoysalar, o zaman bizi üzürlü hesab etsinlər”.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov səfərdə “Sumqayıt” komandası ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXII tur matçından sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis komandasının qolunun sayılmamasından narazılığını bildirib: “Məndə şübhə var ki, VAR otağından gələn videolar ayrıdır. Amma mən CBC Sport-un çəkilişi ilə baxdığım videolarla deyirəm ki, Ağadadaş Salyanskiyə görə sayılmayan qolda nə isə vardı. Həmin qolu saysaydılar, biz qalib də ayrıla bilərdik. Təmiz qolumuzu saymadılar”.

Abasovun fikrincə, baş hakim Fərid Hacıyev matça nəzarəti ələ ala bilməyib: “Bu gün xoşlamadığım hakimlik məsələsi üzərinə gəlmək istəyirəm. Heç-heçə etdikcə, uduzduqca nəticəyə köklənirik və hakimlik üzərində durmuruq. Fikrimcə, bu gün hakim idarəçiliyi böyük problemə çevrilmişdi. Başa düşürəm ki, son vaxtlar üzərimizdə təzyiq çoxdur, həddindən artıq müzakirə olunuruq. Komanda ətrafında bir qədər neqativ ab-hava formalaşıb. Bunlar kimlərəsə bəhanə vermir ki, istədiklərini etsinlər. Bu gün baş hakimin oyunu ələ alması kimi hal yox idi, bu, təmiz itmişdi. Dördüncü hakimlə nə qədər danışsaq da, “Görürsünüz, kənarda sakit durmuşuq, istəmirik bizi burada başqa cür qələmə versinlər. Topdaşıyanlar topu çiləyərək, verirlər, oyunu tempdən salırlar. Bunu siz baş hakimə deyin” söyləsək də, effekti olmadı”.

“Neftçi”nin baş məşqçisi oyunu 0:2-dən geri çevirmələrinə rəğmən, iki fərqli hissəyə tamaşa etdikləri fikri ilə razılaşmayıb: “İlk dəqiqələrdən oyuna diktə etməyə çalışırdıq. Oyunu nəzarətdə, rəqibi isə pressinq altında saxlamaq istəyirdik. 3-4 epizodda pressinq edərək, topu ələ aldıq, azlıqda yaxaladığımız rəqib üzərinə hücum edirdik. Orada sadəcə, son qərar verməli idik. Lakin vura bilmədik, əvəzində əks-hücum nəticəsində qapımızda qol gördük”.

Abasov komandasının əzmkar heç-heçəyə nail olmasını müsbət hal kimi dəyərləndirib: “Çox vaxt biz öndə olub qollar buraxmışdıq, bu gün isə geridə olduğumuz halda, təhlükəli epizodlar yaratdıq, qollar vurduq, heç-heçə etdik. Baxmayaraq ki, son vaxtlar “Neftçi”də çalışan hər kəsin üzərində təzyiq var, komanda bunun altından çıxdı, oyuna kökləndilər və və sonadək mübarizə apardılar. Sağ olsunlar. Amma yenə danışılacağıq: “Bu gün “Neftçi” hökmən qalib gəlməli idi, nəyə “sağ ol” deyək” və s. Düşünürəm ki, haqqı olanın haqqını verməliyik”.

Baş məşqçi komandasının avrokubok şansını itirdikdən sonra bu cür oyunlara kökləməsindən və bəzi oyunçuların mövsümün sonuna yaxınlaşdıqca özünü sübut etmək istəyindən danışıb: “Peşəkar liqada oynayırıq. Heç birimizin, mən qarışıq, aqibəti bilinmir. Heç bir futbolçunun ixtiyarı yoxdur ki, təslim olsun. Bu gün “Neftçi”dən göndəriləcəksənsə, futbolun bitəcəksə, deməli, səninki bura qədər imiş. Dünyada nə qədər komanda var. Ən azından burada oynamalısan ki, kimlərinsə rəğbətini qazanasan. Amma komandanı oyunlara kökləmək çətindir. Danışıqlarla meydanda göstərilənlər üst-üstə düşmədi. Amma nə edək? Bu, futboldur. Bundan da dərs çıxarmalıyıq”.

O, komandasının problemlərini bildiyini söyləyib: “Bu gün qapanan komandaya qarşı oynadıq. “Neftçi”dəki futbolçular digər klublardan ən azı maddiyyatı ilə seçilir. “Neftçi”nin müdafiəyə çəkilməsi, digər komandanın oynaması yolverilməz haldır. Biz bunların hamısını bilirik, başımıza gəlib. Problemləri aradan qaldırmağa çalışacağıq. Məqsədimiz daha yaxşı komanda olmaqdır”.

Abasov növbəti mövsüm üçün qurduğu planlardan danışıb: “Bütün günü gələcəklə bağlı fikirləşir, planlar qururuq. Baxmayaraq ki, həftəsonu hansısa komanda ilə oynayırıq, o keçir ikinci plana. Biz artıq gələcək planlar üzərində işləyirik. Heç kimə sirr deyil ki, bu, oyunçularla bağlıdır. Axtarışdayıq”.

Təcrübəli mütəxəssis zədəlilərin durumundan da danışıb: “Orta sahədə oyunçularımız sayca çox olsa da, problem də yetərincədir. Hansı oyuna eyni heyətlə çıxmışıq ki?! “Sabah”la kubok matçında Emin Mahmudov zədələndi. Ola bilər ki, mövsümü erkən başa vursun. İki aydır oynamırdı, çox güc sərf etdi və ayağında problem yarandı. Bəlkə də yaşla bağlıdır. Ümumi baxanda orta xətdə oyunçularımız çoxdur, amma Rafael Quzzo, Robert Bauer, Ryonosuke Ohori, Emil Səfərov zədəlidir. Heyət quranda, dəyişiklik edəndə problemlə üzləşirik. Bu, birinci gündən belədir. Nə hikmətdirsə, bizim başımıza gəlir. Təsəvvür edin, birinci məşqimə başlamışam, ertəsi gün Filip Ozobiç Xorvatiyaya, Andre Şinyaşiki də ABŞ-a müalicəyə getdi. Yarısı da millinin düşərgəsində idi. Azər Salahlının da ayağı qırıldı, iki ay sıradan çıxdı. Bu il ən çox baş sındırdığımız məsələ heyət qurmaqla bağlıdır. Bu planları ilin əvvəlindən qurmalıyıq ki, ən azı belə problemlər yaşamayaq”.

Abasov “Neftçi”yə gələndə problemlərin bu qədər olacağını gözlədiyini etiraf edib: “Gözləyirdim. Düz deyirlər, hara gəldiyimizi bilirdik. Mən demirəm ki, bilmirdik. Nələr olacağını, bizi nəyin gözlədiyini də bilirdik. Ondan da yaxşı başa düşürdük ki, nələri dəyişəcəyik və nələri dəyişmək üçün müəyyən zaman lazım olacaq. Bizi bura gətirən insanlarla danışmışıq, hər şeyi müzakirə etmişik. İstəyimiz daha yaxşı olmaqdır. Mənə ilin əvvəlində “Sizcə, bu komandada nə isə etmək olar?” sualı verilirdi. “O qədər belə hallar yaşanıb ki… Bunu həmin vaxt düzəltmək də olar, yayda dəyişmək də” cavabını verirdim. İşimizi daha da yaxşılaşdırmağa doğru gedirik”.

Qeyd edək ki, “ağ-qaralar” hazırda 36 xallla turnir cədvəlinin 6-cı pilləsində yer alır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Aprel 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri