Icma.az
close
up
RU
Uğursuzluğa görə bütün azarkeşlərimizdən üzr istəyirik Samir Abasov

Uğursuzluğa görə bütün azarkeşlərimizdən üzr istəyirik Samir Abasov

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Neftçi" ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində "Sabah"la heç-heçə etdi (1:1, ilk oyun - 1:2).

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Azarkeşlərimizə təşəkkür edirəm. İlk dəfədi ki, səfər matçında bu qədər çox azarkeşimiz var idi. Onların dəstəyini hiss edirdik. Məğlubiyyətin bütün məsuliyyəti bizim boynumuzdadı. Uğursuzluğa görə bütün azarkeşlərimizdən üzr istəyirik. Baxmayaraq ki, çətin dönəmdə gəldik. Komandanı biz formalaşdırmamışıq.
- Heyətdəki futbolçuların 80 faizinə baxanda onların bu komandada forma geyməsi adamı heyrətləndirir. Yens Anderssonu görsəz, ona ürək sözləriniz olardı?
- Bu haqda danışmaq istəmirəm. Biz onunla bir yerdə işləməmişik. Oyuna qayıtmaq istəyirəm. Matça çox yaxşı köklənmişdik. İlk hissədə xeyli qol epizodu yaratdıq. Amma təsəssüf ki, qol vura bilmədik. Rəqibi hər cəhətdən analiz etmişdik. Əfsuslar olsun ki, sona qədər təzyiq göstərə bilmədik. Rəqib də çox yaxşı komandadı. Ola bilsin ki, bəzi komponentlərdə bizdən üstündülər. Soyunub-geyinmə otağında bəzi futbolçular ağrılara görə şikayətləndilər. Emin, Höccət, Koffi, Sek və Ştoqrin əvəzlənmək istədilər. Sonradan qalan hücumameyilli futbolçuları meydana buraxandan sonra fərq yarada bilmədik. Kaş ki, start heyətini sona qədər oynada bilərdik. Yayda həm klub, həm də biz tərəfdən veriləcək qərarlarla heyətdə dəyişikliklər ediləcək. Bu gün birinci hissədə göstərdiyimiz oyunu daim göstərə bilmək niyyətindəyik.
- Bassala Sambu cəzalı olmasaydı, bu gün finala vəsiqə qazana bilərdiz?
- Bəlkə də başqa cür ola bilərdi. Amma məğlubiyyətin məhz bu səbəbdən olduğunu düşünmürəm. Əlbəttə, Sambumnn qollar vurması bizi ümidləndirirdi. Onun heyətdə olması bizim üçün daha yaxşı olardı. Sambu yoxdusa, qalan hücumçular onun kimi oynamalıdı.
- "Qarabağ"la oyunda Darbo və Alekslə meydana çıxmışdız. Amma bu gün hücum xəttində fərqli heyət gördük. Bunun səbəbi nədi?
- Ağadadaş "Qarbağ"la oyunda ehtiyat oyunçular skamyasında əyləşsə də, zədəli idi. Düşündük ki, Sambu yoxdusa, onu layiqincə əvəz etməlidi.
- Məncə, heyətdə vaxtından gec dəyişiklik etdiz...
- Start heyətində meydana buraxdığım futbolçulara inanırdım. Onların sona qədər oynamağını istəyərdim. Birinci hissədə xeyli qol epizodu yaratdılar. Amma həmişə hər şey istədiyimiz kimi olmur. Meydana sonradan buraxdığımız futbolçular gözləntilərimi qarşılamadılar.
- Məsuliyyəti öz üzərinizə götürməyiniz nə dərəcədə ədalətlidi?
- Bəli, komandanı mən formalaşdırmamışam. Amma ən azı kubok matçında mənə inanan azarkeşlərin ümidlərini doğrultmalıydım. Buna görə bir daha üzr istəyirəm.
- Legionerlərin əksəriyyətinin müqavilə müddəti uzundu. Bu, sizin üçün problem ola bilərmi?
- Bundan xəbərdarıq. Klub rəhbərliyiylə danışmışıq. Bizim işimiz üçün rəhbərlik də əlindən gələni edir. İndi bu haqda danışmağın yeri deyil.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Aprel 2025 22:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri