Qırmızı dənizdə İsrail gəmiləri üçün tam qadağa: Husilərdən SƏRT BƏYANAT
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Yəmənin "Ənsar Allah" (husilər) üsyançı hərəkatı Təl-Əviv yaxınlığındakı hədəflərə raket zərbəsi endirib və Qırmızı dəniz akvatoriyasından İsrail gəmilərinin keçidinə tam şəkildə qadağa qoyulduğunu bəyan edib.
Avtosfer.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə radikalların yaratdığı silahlı qüvvələrin bəyanatında məlumat verilib.
"Yəmən silahlı qüvvələri işğal olunmuş Yaffo ərazisində (Tel-Əviv nəzərdə tutulur - red.) İsrailin mühüm nöqtələrinə raketlər atıb və hədəflər dəqiq vurulub", - deyə açıqlamada bildirilib.
Husilər həmçinin Qırmızı dənizdə İsrail üçün dəniz gəmiçiliyinə tam və mütləq şəkildə qadağa tətbiq edildiyini elan ediblər.
"Bu bəyanatın dərc olunduğu andan etibarən düşmənin bütün hərəkətləri bizim silahlı qüvvələrimiz üçün hərbi hədəfə çevrilir", - deyə radikallar qeyd ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 08 İyun 2026 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















